Müqəddəs Cəmkəran məscidi
Sual: 352. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?
Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi “Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) məlumatlar var.
Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...1
Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.
Dostları ilə paylaş: |