Bismillahir-Rəhmanir-Rəhim


Əli Əsğər Rizvani Kaşani. Hicri 1425-ci il



Yüklə 1,7 Mb.
səhifə3/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   2   3   4   5   6   7   8   9   ...   410
Əli Əsğər Rizvani Kaşani. Hicri 1425-ci il,

mübarək ramazan ayının 23-cü kecəsi.
Şəkk-şübhə

Sual: 1. Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması düzgündürmü?

Cavab: Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. Ona görə də Quranda belə buyurulur: “Ata-babaları nadan və ağılsız olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”1

Şəhid Mütəhhəri buyurur: “Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey quraşdırır...”2

Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ xəstəlikdir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin