Bismillahir-Rəhmanir-Rəhim


Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə30/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   26   27   28   29   30   31   32   33   ...   410
Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?

Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.

Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.

Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: “Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: “Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”

Amerika filosofu Vilyam Luid (1838) deyir: “Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yanaşı yaşayışa nail olmayacaq.”1

Məşhur İtalyan ədibi Dante deyir: “Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”2

Rassel deyir: “Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”

Ata Corc Buş deyir: “Dünyanın yeni nizamı birləşmiş ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O konqresdəki çıxışında belə demişdir: “Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”

İradlarımız:

1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var.

Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: “Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir.”

2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.

3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək.

Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin