Sual: 359. Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran məscidinə getmək doğrudanmı təsirlidir?
Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu sübuta yetirmək olar...
1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan olunur.
2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.1
3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmir hаlındа olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam peyğəmbərinin 40 yaşdan sonra nübüvvətə çatması; insan təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; məscidin qonşuluğunun 40 evə çatması...
Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40 rəqəminin xüsusi təsiri var.
Seyyid Bəhrul-ülum deyir: “ Biz gözlərimizlə müşahidə etmiş və öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri var.”2
Dostları ilə paylaş: |