Bismillahir-Rəhmanir-Rəhim


Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var? Cavab



Yüklə 1,7 Mb.
səhifə309/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   305   306   307   308   309   310   311   312   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var?

Cavab: Bəzi rəvayətlərə əsasən zühur dövründə bu məscid həzrətin şəxsi iqamətgahı olacaq.

Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü. Həzrət buyurdu: Agah olun! Həqiqətən, bu yer qiyam edəcəyi vaxt əmr sahibinin iqamətgahıdır.”1

Nəql olunur ki, həzrət Əbu-Bəsirə xitabən buyurmuşdur: “Ey Əba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə görürəm.”2
Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var?

Cavab: Bəzi rəvayətlərə əsasən bu məsciddə olmaq və orada namaz qılmaq çox tövsiyə olunmuşdur:

1. İmam Sadiq (ə) Əla ibn Rəzinə xitabən buyurur: “Sizin yaxınlığınızda Səhlə məscidi adlanan bir məscid var. Biz o məscidi Şurə məscidi adlandırırıq. Həmin məsciddə namaz qılırsanmı? (Əla bildirir ki, orada namaz qılır) Oraya get. Çünki orada qəm yoxdur. Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”3

2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: “Elə bir insan yoxdur ki, Səhlə məscidinə gedib məğrib və işa arasında iki rəkət namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”4

3. Başqa bir məqamda həzrət buyurur: “Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini Allahdan dilə.”5


Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil varmı?

Cavab: Bu barədə Əhli-beyt (ə) tərəfindən göstəriş yoxdur. Yalnız Seyyid ibn Tavus buyurmuşdur: “Əgər Səhlə məscidinə getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal. Bu vaxt başqa vaxtlardan üstündür.”6

Mühəddis Nuri bildirir ki, 40 gecə məsələsi ümumi şəkildə rəvayətlərdə təsdiqlənmişdir.7



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin