Sual: 367. Həzrətin izdivac etməməsi İslam sünnəsinə zidd deyilmi?
Cavab: İzdivac peyğəmbər sünnəsi olsa da, bəzən daha mühüm məsələ önə gəlir. Rəvayətlərdən bu da anlaşılır ki, dünyanın sonunda evlənməmək yayılmış iş olacaq.
Sual: 368. Əgər izdivac olmayıbsa, Müfəzzəl ibn Ömərin rəvayətinə necə cavab verək?
Cavab: Həzrətin izdivac etməsinə inananlar Müfəzzəl ibn Ömərin rəvayətinə istinad edirlər. O, imam Sadiqdən (ə) nəql edir ki, onun məkanından heç bir övladı xəbər tutmaz...”2
Cavab olaraq belə deyə bilərik:
1. Bu rəvayət eyni məzmunda Nemaninin “Əl-ğeybət” kitabında nəql olunmuşdur. Amma övlad sözü əvəzinə “vəli” sözü işlədilmişdir. Onun yerindən heç bir vəli xəbər tutmaz.”3
2. Rəvayətlərdə qeyd olunmur ki, hazırda həzrətin zövcəsi və övladları var. Zühurdan sonrakı övladlar da nəzərdə tutula bilər.
3. Belə bir təbir obrazlıq xatirinə işlədilə bilər. Yəni hətta həzrətin övladı olsaydı da, onun yerindən xəbər tutmazdı.
Dostları ilə paylaş: |