Bismillahir-Rəhmanir-Rəhim


Sual: 374. Səhih rəvayəti qeyri-səhih rəvayətdən necə fərqləndirmək olar? Cavab



Yüklə 1,7 Mb.
səhifə316/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   312   313   314   315   316   317   318   319   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 374. Səhih rəvayəti qeyri-səhih rəvayətdən necə fərqləndirmək olar?

Cavab: Bəzi uydurmaçılar həzrət Peyğəmbərin (s) dövründən başlayaraq hədis qоndаrdıqlаrı üçün səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün meyara ehtiyac duyulur. Bir neçə meyar göstərmək olar:

1. Qurana uyğunluq – İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın.”1

2. Digər məsumların buyuruqlarına uyğunluq – Həsən ibn Cəhm deyir: İmam Rizaya (ə) ərz etdim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. Həzrət buyurdu: “Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil.”2

3. Ağıla uyğunluq – Həzrət Peyğəmbər (s) buyurur: “Əgər sizə məndən bir hədis yetişsə Allahın kitabı ilə müqayisə edib, onu ağlınızın hökmünə verin. Əgər kitab və ağıla uyğundursa, qəbul edin, uyğun deyilsə, divara vurun.”3


Sual: 375. “Nüdbə” duası haqqında böyük alimlərin nəzəri nədir?

Cavab: Şeyx Mürtəza Ənsari “Əl-məkasib” kitabında “Nüdbə” duası haqqında danışarkən ona heç bir etiraz bildirmir və sənədini araşdırmır.

Şeyx Abdullah Maməğani və İrəvani də uyğun duaya oxşar münasibət göstərmişlər.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin