Bismillahir-Rəhmanir-Rəhim


Sual: 377. “Nüdbə” duasının rəvayətçisi imamın müasiri olmadığı halda bu duanı necə nəql edir? Cavab



Yüklə 1,7 Mb.
səhifə318/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   314   315   316   317   318   319   320   321   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 377. “Nüdbə” duasının rəvayətçisi imamın müasiri olmadığı halda bu duanı necə nəql edir?

Cavab: Kimsə iddia etmir ki, Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzufəri “Nüdbə” duasını vasitəçisiz nəql etmişdir. İmamdan rəvayət nəql etmək üçün onun müasiri olmaq zəruri deyil.

Biz əminik ki, bu duanı Bəzufəriyə istinadən nəql edənlər onun sənədini göstərməyi zəruri saymamışlar. Ya da Bəzufəri özü “Nüdbə” duası çox məşhur olduğundan onun sənədini göstərməyə ehtiyac duymamışdır.


Sual: 378. “Nüdbə” duasını vasitə ilə nəql etmiş Məhəmməd ibn Məşhədi kimdir?

Cavab: Ayətullah Xoyinin Şeyx Hürr Amilidən nəql etdiyinə görə, Məhəmməd ibn Məşhədi Məhəmməd ibn Əli ibn Cəfərdir.1

Mərhum Hacı Nuri isə “Xatəmeye-Mustədrək” kitabında bu barədə deyir: “Məhəmməd ibn Məşhədi Hairi kimi tanınmış Məhəmməd ibn Cəfər ibn Əli ibn Cəfər Məşhədidir. O Əbül-Fəzl Şazan ibn Cəbrail Qumminin rəvayətçilərindəndir. O, Şeyx Müfiddən iki vasitə ilə rəvayət edir.”2


Sual: 379. “Nüdbə” duasının digər bir rəvayətçisi olan Məhəmməd ibn Əli ibn Əbu-Qürrə kimdir?

Cavab: Bu şəxs mötəbər rəvayətçilərdəndir. Nəccaşi onun haqqında deyir: “O etibarlıdır, xeyli rəvayət eşitmiş və bir çox kitablar tərtib etmişdir. O, imamiyyə səhabələri üçün kitabları vərəq-vərəq oxumuşdur və bizimlə məclislərdə olmuşdur.”1
Sual: 380. İbn Məşədi “Nüdbə” duasını Məhəmməd ibn Əbu-Qürrədən necə nəql etmişdir?

Cavab: Məhəmməd ibn Cəfər Məşhədi Məhəmməd ibn Əbu-Qürrənin müasiri olmamışdır. Sadəcə, Əbu-Qürrənin “Məzar” adında kitabı var və İbn-Məşhədi öz nəqlində bu kitaba əsaslana bilərdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin