Sual: 385. Nə üçün bu duada bütün imamların adı çəkilməmişdir?
Cavab: Bu duada 12 imamın hər birinin adının çəkilməməsi onu gücdən salmır. İmamların adı birbəbir çəkilməsə də, onların üzləşdiyi çətinliklərə işarə olunmuşdur. Əslində duada zikr olunmuş müsibətlər hər bir imamın xalqın hidayəti yolunda çəkdiyi əziyyəti göstərir.
Sual: 386. Duada ruhların meracından danışılır. Bu xəbər cismani merac prinsipinə zidd deyilmi?
Cavab: Bəzən bildirilir ki, bu duada merac ruha aid edildiyindən əslində onu mötəbər saymaq olmaz.
Əslində duada ruhların meracı yox, səmaya doğru meracdan danışılır. Bu müddəanın dəlilləri var:
1. Mühəddis Nuri “Təhiyyətul-Zair” kitabında deyir: “Mənim “Məzar” kitabından əldə etdiyim nüsxədə səmaya yüksəlişdən danışılır.1
2. Şeyx Abbas Qummi də öz kitabında ustadı Hacı Nurinin sözlərini nəql edir.
3. Hazırda da duanın nəql olunduğu “Məzar” kitabında səmaya yüksəlişdən danışılır.
4. Duadakı digər cümlələr də meracın cismani olduğunu təsdiqləyir.
5. Yüksəlişin ruha aid edildiyi nüsxələrdə zahiri mənanı əsas götürmək düzgün deyil. Mərhum hacı Mirza Əbül-Fəzl Tehrani deyir: “Bəzən ruh sözü ruhla birlikdə cisim mənasında işlədilir...”
Dostları ilə paylaş: |