Bismillahir-Rəhmanir-Rəhim


Sual: 411. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur? Cavab



Yüklə 1,7 Mb.
səhifə339/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   335   336   337   338   339   340   341   342   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 411. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur?

Cavab: “Sionist məsihiyyət” dedikdə dünyanın sonu ilə bağlı öncəgörmələrə əsaslanan siyasi, iqtisadi, mədəni, hərbi bir cərəyan nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.

Bu güruh kin-küdurət dolu ədəbiyyat və şiəliklə aşkar düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə qarşı səfərbər etməyə səy göstərir. Onlar nəzərdə tutduqları zühur üçün zəmin hazırlamağa və bütün maneələri aradan götürməyə çalışırlar.

Bu cərəyanın aparıcıları Tövrata müraciət və yəhudi kitablarına etiqadla həzrət İsanın zühuru üçün bütün dünyanı əhatə edəcək müharibəni şərt sayırlar. Bu savaş üçün mərkəz kimi işğal olunmuş Fələstində yerləşən Аrmagedon məntəqəsini göstərirlər. Bu ideologiyanın arxasında yəhudilərin bütün Fələstin üzərində (hətta Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları dayanır.
Sual: 412. Günəş və ay tutulmaları zühur əlamətidirmi?

Cavab: Zühur əlamətlərini bəyan edən rəvayətlərdə bildirilir ki, ayın ortasında ay tutulması və ayın əvvəlində günəş tutulması zühur nişanələrindəndir.

İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Bizim Mehdinin (ə) iki nişanəsi var. Göylər və yer yarandığı gündən belə bir hal olmamışdır. Əvvəla, ramazanın ilk gecəsində ay tutular, ikincisi, ramazanın ortasında günəş tutular.”2 Bu qeyri-adi hadisə ilə bağlı iki ehtimal var:

1. Bu hadisələri yaradan səbəb kimi fəzada qəfil peyda olan kütlə göstərilir. Bu kütlə bəzən günəş və ay qarşısından keçib “xüsuf” və “küsuf” hadisələri yaradır.

2. Bu kütlənin yerdən qopduğu ehtimal olunur. Mümkündür ki, gələcəkdə elmi-texniki tərəqqi nəticəsində yerdən bir parça qoparılsın və bu parça günəşlə ayın qarşısını kəssin.

3. Bu iki hadisə təbiət qanunlarına uyğun deyil.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin