Sual: 34. Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı xüsusiyyətləri olmalıdır?
Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən xüsusiyyətləri olmalıdır: Öz dəvətində doğruçu olmalı; düzgün və yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı; pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar köməkçilərə malik olmalıdır.
Məşhur Fransa ədibi Volter deyir: “Əgər insana saleh bir şəxs hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə o insan vətənsiz kimidir.”1
Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı haqqında deyir: “O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz ildən çox...”2
Dostları ilə paylaş: |