Sual: 413. Zühur əlaməti olan səma səsi nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Həqiqətən, Mehdinin (ə) xüruc əlamətlərindən biri ramazan ayında səmadan səs gəlməsidir.”1 İmam Sadiq (ə) buyurur: “Səma səsi ramazan ayında baş verəcək, gənc qadınlar pərdə arxasından baş götürüb qaçacaq, yuxudakılar oyanacaq və oyaqlar səsdə qərq olacaq.”2 Bu rəvayətdə iki ehtimal var:
1. Səma səsi dedikdə Cəbraildən eşidilən və hamını bürüyən səs nəzərdə tutula bilər.
2. Səma səsi dedikdə məqsəd dünyəvi əzab, dünya müharibəsi ola bilər. Eyni vaxtda yer kürəsinin müxtəlif nöqtələrində partlayan atom bombaları dəhşətli səs yarada bilər. Bu sayaq partlayışların Avropa, Amerika, Rusiya və Çində baş verəcəyi gözlənilir. Amma müsəlmanlar amandadırlar və yalnız həmin partlayışların səsini eşidərlər.
Dostları ilə paylaş: |