Sual: 419. “İztizaf” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
Cavab: Allah-tәala buyurur: “Biz istədik ki, yer üzünün müstəzəflərinə minnət qoyaq, onları öncül və varis edək.”5
Sünni və şiə təfsirçiləri bu ayənin Bəni-İsrail qövmü haqqında olduğunu bildirirlər.6 Yer üzündə əziyyətə düçar olmuş və Allah tərəfindən fironçulara qalib edilmiş qövm onlar idi. Zahiri baxımdan isə ayə Allahın qiyamət gününədək müztəzəflərlə bağlı iradəsini açıqlayır. Allah istəmişdir ki, xüsusi bir şəraitdə müztəzəfləri yer üzünün təkəbbürlü hakimlərinə qalib etsin. Bəni-İsrailin fironçular üzərində qələbəsi buna misal ola bilər. Uyğun qanunun daha kamil nümunəsi İslamın zühurundan sonra peyğəmbərin hakimiyyətidir. İslami rəvayətlərə əsasən, daha kamil nümunə zühur dövründə həzrət Mehdinin (ə) hakimiyyətidir. Bu mənanı bir sıra dəlillərlə sübuta yetirmək olar:
1. Allahın iradəsi haqqında danışılarkən “müzare” formadan (fеlin indiki vә yа gәlәcәk zаmаn fоrmаsı) istifadə edilməsi davam göstəricisidir.
2. Ayədə ümumi şəkildə müztəzəflərdən danışılır və təkcə Bəni-İsrail nəzərdə tutulmur.
3. Bu ilahi sünnənin xüsusi hal üçün nəzərdə tutulmaması şiə və sünni rəvayətlərindən aşkar görünür:
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, ayə dünyanın sonunda zühur edib zalımların kökünü kəsəcək, şərq və qərbə sahib olacaq, bütün yer üzünü zülm bürüdükdən sonra ədaləti bərpa edəcək əmr sahibinə aiddir.”1
Həzrət Əli (ə) buyurmuşdur: “Dünya bizim qarşımızda tərs dəvə kimi azğınlıq etdikdən sonra bizə üz tutar və ram olar.” Sonra həzrət həmin ayəni tilavət etmişdir.2
Dostları ilə paylaş: |