Bismillahir-Rəhmanir-Rəhim


Sual: 421. “Qital” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir? Cavab



Yüklə 1,7 Mb.
səhifə348/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   344   345   346   347   348   349   350   351   ...   410
Sual: 421. “Qital” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?

Cavab: Allah-tәala buyurur: “Fitnəni aradan götürüb, bütün din Allaha məxsus olanadək onlarla vuruşun.”5

Ayədə bildirilir ki, şirk və küfrün kökü qazılmalıdır. Din bütünlüklə Allaha məxsus olmalı və yer üzündə bir nəfərdə olsun müşrik qalmamalıdır. Hələ ki, bu məqsəd gerçəkləşməmişdir. Hansı ki, nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün olmalıdır.

Rəvayətlərə əsasən bu məqsəd həzrət Peyğəmbərin (s) zühuru dövründə gerçəkləşəcək. “Tövbə” surəsinin 33-cü ayəsində də bu məsələyə işarə olunur.

Alusi yuxarıdakı ayə ilə bağlı deyir: “Məqsəd budur ki, bütün batil dinlər aradan getməli, ya da hər hansı səbəbdən hamı İslamı qəbul etməlidir.”1 Alim başqa bir məqamda belə deyir: “Qeyd olundu ki, bu ayə hələ ki gerçəkləşməmişdir. O, həzrət Mehdinin (ə) zühuru dövründə həyata keçəsidir. Həmin əsrdə yer üzündə bir nəfər olsun müşrik qalmaz.”2

İmam Sadiqdən (ə) yuxarıdakı ayə haqqında soruşulduqda həzrət buyurur: “Hələ ki ayə gerçəkləşməmişdir. Əgər bizim Qaim qiyam etsə, həmin dövrdə olanlar ayənin gerçəkləşməsini görər. Əlbəttə ki, Məhəmmədin (s) dini gecənin qaranlığı ilə örtülmüş bütün nöqtələrə çatar. Bütün yer üzündə şirk və bütpərəstliyin kökü kəsilər.”3


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin