Bismillahir-Rəhmanir-Rəhim


Sual: 430. Həzrət Mehdinin (ə) zühuru üçün “ümumi tutum” nədir? Cavab



Yüklə 1,7 Mb.
səhifə355/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   351   352   353   354   355   356   357   358   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 430. Həzrət Mehdinin (ə) zühuru üçün “ümumi tutum” nədir?

Cavab: Şübhəsiz ki, hər bir ictimai hadisə münasib tutuma ehtiyaclıdır. Zühur böyük ictimai hadisə olduğundan bir sıra şərtlər ödənməlidir:

1. İslam ümmətinin dini baxımdan tərəqqisi;

2. Xalq arasında ümumi azğınlığın artması;

3. Zülm-sitəmin genişlənməsi və nəticədə xalqın dindən uzaqlaşması;

4. Elmi-texniki tərəqqi;

5. Həzrətə yardım üçün həqiqi tərəfdarların hazırlanması.


Sual: 431. Həzrət Mehdi (ə) zahirən hansı yaşda zühur edər?

Cavab: Şiə və sünni rəvayətlərinə əsasən imam gənc görkəmdə, 40 yaşında zühur edəcək.

İbn Səbbağ Maliki nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim övladlarımdan olan Mehdi (ə) 40 yaşındadır.”1

Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “O zahirən gənc görünsə də, pir yaşındadır. Ona baxan elə güman edər ki, onun 30 və ya daha az yaşı var. Həzrətin başqa bir əlaməti vaxt ötdükcə qocalmamasıdır.”2

Nemani nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaim qiyam edən vaxt xalq onu inkar edəcək. Çünki həzrət bir gənc görkəmində geri dönəcək...”3

Həzrətin 40 yaşda olduğunu bildirən rəvayətlərdə onun fiziki baxımdan kamal həddində olduğu nəzərdə tutula bilər. Bəzi rəvayətlərdə həzrətin 18, bəzi rəvayətlərdə 51 yaşında olduğu bildirilir.
Sual: 432. Zühur vaxtı həzrət Mehdinin (ə) hansı fiziki xüsusiyyətləri olacaq?

Cavab: Sünni və şiə rəvayətlərinə əsasən zühur vaxtı həzrətin bir sıra xüsusiyyətləri olacaq: Geniş alın, uca donqar və dəlikləri dar burun, ulduz tək parlaq çöhrə, buğdayı bəniz, dişlərinin arası açıq, dartılmış və nazik qaşlar. Orta boy, güclü bədən, sağ yanağında qara xal.
Sual: 433. Əgər zühur qəfil olacaqsa, zühurun yaxınlaşmasını göstərən əlamətlərin nə mənası var?

Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) qəfil zühur edəcəkdir. Səmadan nida, Beyda məntəqəsinin öz əhli ilə yerə batması kimi əlamətlər həqiqi möminləri xəbərdar etmək üçündür. Demək, zühur möminlər üçün yox, həzrətin düşmənləri üçün qəfildir. Həzrət Mehdi (ə) bu qəflətdən istifadə edərək zülmün kökünü kəsəsidir.
Sual: 434. Həzrət Mehdinin (ə) qələbəsi üçün Allah-tәala hansı yardımlar göstərəcək?

Cavab: 1. Zühurun qəfil baş verməsi və düşmənlərin qəfləti;

2. Düşmənlərin qəlbində qorxu yaranması;

3. Bütün müsəlmanların həzrətin ətrafında toplanması;

4. Mələklərin yardımı;



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin