Sual: 438. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Cəbrail yerə enməmək barədə əhd etmişdimi?
Cavab: Ərbili “Kəşful-Ğəmmə”, kitabında nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Cəbrail həzrət peyğəmbəri yoxlamağa gəldi və ərz etdi: “Salam olsun sənə, ey Məhəmməd! Bu yerə endiyim axırıncı gündür.”4
İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbərin (s) vəfatı yaxınlaşanda Cəbrail dedi: “Ey Məhəmməd! Bu mənim dünyaya axırıncı enişimdir...”5
Əvvəla, bu rəvayətlər şərtidir. Yəni arada xilaskar olana qədər enməmək nəzərdə tutulur.
İkincisi, Cəbrail bir daha vəhy olmayacağını nəzərdə tuturdu.
Üçüncüsü, həzrət Cəbrailin nazil olub imam Mehdiyə (ə) beyət etməsi səhih sənədə əsaslanır.
Dostları ilə paylaş: |