Sual: 446. Tərbiyə yolu var ikən nə üçün həzrət Mehdi (ə) qılıncdan istifadə edir?
Cavab: Tarixi mənbələri araşdırdıqda əmin oluruq ki, təkamül qarşısında dayanmış maneələri qansız aradan götürmək olmur. Tərbiyəvi üsullar nə qədər böyük rola malik olsa da, yalnız nəcib insanlara təsir göstərir. Bu üsullar iqtisadi, siyasi və hərbi qüvvəyə yiyələnib dünyanı istismar edən qüvvələrə yetərincə təsir göstərmir. Onların hidayəti üçün gücdən istifadə etmək zəruridir. İslam müharibəni məqsəd yox, tövhid və ədalətin bərpa vasitəsi sayır.
Qurani-Kərimdə buyurulur: “Bir daha fitnə olmasın deyə onlarla vuruşun və din bütünlüklə Allah üçün olsun...”2
Bu səbəbdən də aləmlərə rəhmət göndərilmiş İslam peyğəmbəri buyurur: “Bütün yaxşılıq və xeyir qılınc kölgəsindədir. İnsanları yalnız qılınc düzəldir. Qılınclar behişt və cəhənnəmin açarıdır.”3
İmam Baqir (ə) buyurur: “Həzrət Qaimin (ə) beş peyğəmbərə oxşarlığı var. Onun öz babası peyğəmbərə (s) oxşarlığı qılıncla qiyam, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi, qılınc və (düşmənlərin qəlbinə düşmüş) qorxu ilə yardım almasıdır.”4
Dostları ilə paylaş: |