Bismillahir-Rəhmanir-Rəhim


Sual: 458. Həzrət Mehdinin (ə) səhabələri Məkkəyə necə daxil olar? Cavab



Yüklə 1,7 Mb.
səhifə373/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   369   370   371   372   373   374   375   376   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 458. Həzrət Mehdinin (ə) səhabələri Məkkəyə necə daxil olar?

Cavab: Yuxarıdakı sualla bağlı bir neçə ehtimal var:

1. İnsanlar möcüzə ilə, sürətli şəkildə Məkkəyə daxil olar.

2. Digər bir ehtimala görə xalq bir neçə dəstəyə bölünər: bəziləri təbii yolla imamın xidmətinə yetişər, bəziləri yatdığı yerdə oyanıb özünü Məkkədə görər, bəziləri isə buludlar üzərində həzrətin xidmətinə gələr.

3. Hamı sadəcə səfərə çıxıb həzrətin xidmətinə çatar. Üçüncü ehtimal həqiqətə daha çox uyğundur.


Sual: 459. İmam Mehdinin (ə) səhabələri hansı ölkələrdəndir?

Cavab: Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misirdən, Şamdan, İraqdan gələnlər var...”3

İbn Tavus “Əl-Məlahim vəl-fətn” kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını nəql edir.


Sual: 460. İmamın səhabələri arasında ərəblər varmı?

Cavab: Mərhum Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: Ərəblərdən uzaq ol, çünki onlar üçün bu xəbər acıdır. Bil ki, Qaimlə ərəbdən bir nəfər olsun ortaya çıxmayacaq.”1

Amma bu hədisin sənədləri mötəbər deyil. Şeyx Tusinin nəql etdiyi hədisdə bildirildi ki, imama beyət edənlər arasında Misirdən, Şamdan, İraqdan gələnlər var.


Sual: 461. İmam Mehdinin (ə) səhabələri arasında qadınlar vardırmı?

Cavab: Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var.”2 Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) istinadən bildirir ki, Qaimin (ə) ətrafındakılar arasında on üç nəfər qadın var.3
Sual: 462. Həzrətin qadın tərəfdarları 313 nəfərdəndirmi?

Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrətin əlli qadın tərəfdarı həmin 313 nəfərdəndir. Cabir ibn Yəzid Cofi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”4
Sual: 463. Əgər imamın səhabələrinin adı öncədən bilinirsə, biz hansı əsasla səhabə olacağımıza ümid edə bilərik?

Cavab: İmamın səhabələrinin sayını və adlarını göstərən rəvayətlər sənəd baxımından zəifdir. İbn-Tavusun rəvayətində 313 nəfərin yox, 240 nəfərin adı göstərilir. Ehtimal var ki, insan qalan 73 nəfərdən biri olsun.
Sual: 464. İmam Mehdiyə (ə) istəmədən beyət edənlər varmı?

Cavab: Qutabə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər, ondan xalqın arasından xüruc etməsi istənilər. O, rükn və məqam arasında ikrahla beyət аlar...”

Zürarə nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaimin adı ilə nida edilər. Gəlib məqamın arxasında dayanar. Ona deyilər ki, həqiqətən, sənin adınla nida çəkilib, nə gözləyirsən? Onun əlini tutub beyət edərlər. Zürarə deyir ki, həmd olsun Allaha ki, Qaimin kərahətlə beyət aldığını eşitdik. Onun ikrahında heç bir günah olmadığını bildik.”1



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin