Sual: 484. İmam Mehdinin (ə) proqramlarının sərlövhəsi nədir?
Cavab: Bütün yer üzündə ədalətin bərpası imam Mehdinin (ə) inqilabi amallarının birincisidir. Bu sərlövhə bütün peyğəmbərlərin proqramlarında öndə gəlir. Peyğəmbərlər, adətən, ədalətin bərpası üçün savaşa qalxmış, mübarizə aparmışlar...
İmam Hüseyn (ə) buyurur: “Dünyanın ömründən bir gün qalmış olsa belə, Allah həmin günü uzadar ki, mənim övladlarımdan olan şəxs qiyam etsin və yer üzünü zülm-sitəm bürüdükdən sonra onda ədaləti yaysın.”1
Sual: 485. Həzrət Mehdinin (ə) ədalətin yayılmasında əldə edəcəyi müvəffəqiyyətə hansı amillər təsir göstərir?
Cavab: Bu quruluşda həm ədalətə əsaslanan qanunlar, həm də bu qanunları icra edən şəxsin kimliyi mühüm rol oynayır. İmamət quruluşunda haqq-ədaləti bərpa etməli olan imam kamil bir nümunədir.
Həzrət Mehdinin (ə) müvəffəqiyyətini təmin edən amillərdən biri zühur dövründə ağılların kamilləşməsidir. Hədislərə əsasən, ədalət ağıl, zülm isə cəhalətin ünsürüdür.2
Dostları ilə paylaş: |