Sual: 486. Zühurdan sonra həzrət Mehdinin (ə) şəxsi keyfiyyətləri necə olacaq?
Cavab: İmam Mehdi (ə) bütün peyğəmbərlər və ilahi övliyalar kimi sadə həyat tərzi keçirər, ucuz libaslar geyər, sadə xörəklərlə qidalanar.3
Sual: 487. Zühur dövründə ictimai asayiş necə olacaq?
Cavab: İmam Mehdi (ə) bəşəriyyətin tarix boyu görmədiyi ictimai asayiş yaradacaq. İmam Sadiq (ə) “Nur” surəsinin 55-ci ayəsinin həzrət Mehdiyə aid olduğunu bildirir.
Sual: 488. Zühur dövründə insanların əqli inkişafı və elmi tərəqqisi hansı səviyyədə olacaq?
Cavab: Peyğəmbərlərin dəvəti əsasən elm və biliyin, təcrübənin genişlənməsində rol oynayır. İman bilik və mərifətin budaqlarından sayılır. Peyğəmbərlər insanlara yaşayış qanunlarını, onun məqsəd və nəticələrini öyrədirdilər.
İnsanın yaranışında məqsəd onun təkamülü olduğundan bu hədəf nə vaxtsa gerçəkləşməlidir. Bütün məqsədlərin gerçəkləşdiyi zühur dövründə insanın mərifəti, biliyi təkamül həddinə çatır.
Bu yolla iki əsas mehvər gerçəkləşir:
1. Elm artdıqca, kainatın sirləri açıldıqca allahşünaslığın sütunları möhkəmlənir ;
2. Elm və biliyin genişlənməsi bəşər cəmiyyətinin təşkilində və rifah əldə olunmasında zəmin olur.
Həzrət Peyğəmbər (s) buyurur: “Onların doqquzuncusu Qaimdir (ə), Allah onun əli ilə yer üzünü qaranlıqdan işığa çıxarar, ədalətlə doldurar...”1
İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edəcəyi vaxt firqələrin ağıl gücünü mərkəzləşdirər, düşüncələri kamal həddinə çatdırar.”2
Dostları ilə paylaş: |