Sual: 489. Həzrət Mehdinin (ə) zühur dövrü tərbiyəvi inkişaf baxımından necədir?
Cavab: Tərbiyəvi təkamül Mehdi (ə) qiyamının mühüm proqramlarındandır. Həzrət digər proqramlarını icraya qoymaq üçün məhz bu nöqtədən başlayır.
İmam Əli (ə) buyurur: “Bizim Qaim (ə) qiyam edən vaxt qəlblərdən kin çıxar.”3
İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edən vaxt əlini xalqın başına çəkər və onların əxlaqını kamilləşdirər.”4
Sual: 490. Həzrət Mehdi (ə) mal-mülkü necə bölüşdürəcək?
Cavab: Həzrət Mehdinin (ə) proqramlarından biri də bərabərliyin qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizə Mehdi (ə) ilə müjdə verirəm. O mənim ümmətim arasından məbus olar... Göy və yer sakinləri onun gəlişinə sevinər. O mal-mülkü düzgün bölər – hamı arasında bərabər!”5
Sual: 491. Hüzur əsrində xalqın iqtisadi durumu necə olar?
Cavab: Bütün yer üzündə iqtisadi baxımdan rifah yaratmaq həzrət Mehdinin (ə) proqramlarındandır. Geriliyin və qıtlığın bir-biri ilə əlaqəli iki səbəbi var: dünyaya hakim olan istismarçı nizam; millətlərin zərərinə yönəlmiş hakim siyasət.
İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) gələn zaman yer ilahi nurla işıqlanar... Siz zəkat verməyə adam axtararsınız. Onu sizdən qəbul edən tapılmaz. Bütün insanlar ilahi fəzl sаyәsindә ehtiyacsız olar.”1
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətim Mehdinin (ə) dövründə heç bir vaxt görmədiyi nemətə çatar. Həmin vaxt göydən bol yağış yağar, torpaq bəhrəsini gizləməz.”2
Dostları ilə paylaş: |