Sual: 492. Zühur dövründə bolluq hansı yolla yaranar?
Cavab: Bu məsələ ilə bağlı iki ehtimal var:
1. Yer üzünün var-dövləti möcüzə yolu ilə artar. Bu ehtimal bir o qədər də əsaslı deyil.
2. Əkinçilik artdığından, ticarət genişləndiyindən nemət bolluğu yaranar.
3. Böyük kapitallar işə salınar, bu məbləğlər insanlar arasında bərabər bölünər.
Sual: 493. Zühur dövründə məscidlərin vəziyyəti necə olacaq?
Cavab: Zühur dövründə din və məzhəb əsl hədəfə doğru yönələr və bu hərəkət bəşəriyyəti xoşbəxtliyə aparar. İmam bütün imkanları həqiqi məzhəbin hədəfləri yolunda sərf edər. Ədalət bərpa olar, ümumi rifah yaranar, insanlar əhrimənlərin əlindən xilas edilər. Bu məqsədlə məscid və məbədlərin israfçılıqla bəzənməsinə yol verilməz, mövcud zinətlər aradan götürülər, ibadətgahlar sadə və bəzəksiz olar.
Ömər ibn Cəmi imam Baqirdən (ə) soruşur: «Bəzəkli məsciddə namaz qılmaq olarmı?” İmam buyurur: “Bunu xoşlamıram. İndiki dövrdə bunun sizə zərəri yoxdur. Amma ədalət hakim olacağı zamanda bununla necə rəftar ediləcəyini görəcəksiniz.»3
Dostları ilə paylaş: |