Bismillahir-Rəhmanir-Rəhim


Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə394/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   390   391   392   393   394   395   396   397   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi?

Cavab: Bəziləri elə düşünür ki, həzrət Mehdi (ə) zühur dövründə yeni bir din gətirəcək. Hansı ki, Quran buyuruqlarına əsasən, İslam peyğəmbəri (s) son peyğəmbərdir, onun dini son dindir. Hədis mənbələrinə müraciət etdikdə görürük ki, həzrətin yeni din gətirməsi ilə bağlı heç bir məlumat verilmir. Həzrətin zühur dövründə məsələləri yenidən araşdırması yeni şəriət kimi başa düşülməməlidir. Həzrət yeni üsullardan istifadə etsə də, onun məqsədi cəddinin şəriətini dirçəltməkdir.
Sual: 498. Həzrət Mehdinin (ə) “yeni sultan” olması nə deməkdir?

Cavab: Bir rəvayətdə nəql olunur ki, imam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Sanki xalqın rükn və məqam arasında Mehdiyə səmadan enmiş yeni sultan kimi beyət etdiyini görürəm.”3 Bu sualla bağlı bəzi ehtimallar var:

1. Yeni sultan dedikdə yeni üsul, yeni yanaşma nəzərdə tutulur. Elə bir üsul ki, bəşəriyyət heç bir dövlətin tarixində bu üsulla rastlaşmamışdır.

2. Elə bir səltənət ki, bütün səltənət və hökumətlərə münasibətdə yenidir.
Sual: 499. İmam Mehdinin (ə) yeni bir əmrlə qiyamı nə deməkdir?

Cavab: İmam Baqir (ə) bir rəvayətdə buyurur: “Mehdi xüruc etdiyi vaxt yeni əmrlə qiyam edəcək.”1 “Yeni əmr” ifadəsi ilə bağlı müəyyən ehtimallar var:

1. “Yeni əmr” dedikdə yeni tələb nəzərdə tutulur.

2. “Yeni əmr” dedikdə yeni üsul, düşüncə və əqidə proqramı nəzərdə tutulur.

3. “Yeni əmr” dedikdə xilafət və imamət nəzərdə tutulur. Həzrətin xilafəti başqa xilafətlərdən fərqləndiyi üçün yeni sayılır.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin