Sual: 500. “Yeni mühakimə” nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Ali-Məhəmmədin Qaimi xüruc edəndə yeni sünnə, yeni mühakimə ilə qiyam edəcək.” (həmin mənbə, s. 348)
Sualla bağlı iki ehtimal var:
1. Zühur əsrinə uyğun çeşidli və mütərəqqi proqramlar;
2. Mühakimədə yeni üslub.
Sual: “Yeni sünnə” nə deməkdir?
Cavab: İmam Baqir (ə) buyurur: “Mehdi (ə) xüruc edəndə yeni əmr, yeni kitab, yeni sünnə ilə qiyam edəcək.”2 Hansı ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mehdinin (ə) sünnəsi mənim sünnəm kimidir.”3
Zühur dövründə düşüncələr kamilləşdiyindən və həzrətin hakimiyyəti bütün yer üzünü əhatə etdiyindən bu hakimiyyət başqa hakimiyyətlərdən fərqlənir.
Dostları ilə paylaş: |