Cavab: Şeyx Müfid deyir: “Qaim hakimiyyətə çatdıqdan sonra kimsə üçün hakimiyyət olmayacaq. Rəvayətlərdə işarə olunub ki, yalnız həzrətin övladı ona canişin olar. Amma bu məsələyə qəti dəlil yoxdur. Əksər rəvayətlərdə bildirilir ki, ümmətin Mehdisi (ə) qiyamətdən qırx gün öncə dünyadan köçər və həmin qırx gündə hərc-mərclik düşər. Bu isə ölülərin dirilmə, hesab saatının başlama əlamətidir.”1