Bismillahir-Rəhmanir-Rəhim


Sual: Rәcət nə deməkdir? Cavab



Yüklə 1,7 Mb.
səhifə404/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   400   401   402   403   404   405   406   407   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: Rәcət nə deməkdir?

Cavab: İmamiyyə şiələri bu əqidədədir ki, həzrətin zühurundan və ədalət hökumətinin təşkilindən sonra Allahın övliyalarından və Əhli-beyt dostlarından, eləcə də, vəhy düşmənlərindən bir hissəsi dünyaya qayıdacaq. Övliyalar və salehlər ədalət hökumətini görüb sevinəcək, düşmənlər isə öz ləyaqətsiz əməllərinin cəzasını dünyada çəkəcək.
Sual: Rәcət etiqadı nə vaxtdan mövcuddur?

Cavab: Rәcət Əhli-beyt (ə) məktəbinin köklü etiqadlarındandır. Bu əqidə Qurandan qaynaqlanmış, peyğəmbər hədislərində ona işarə olunmuşdur. Sünni kitablarına müraciət etdikdə görürük ki, bu əqidə imamiyyə şiələrinə aid olunur. İmamların səhabələri də öz müxalifləri ilə bu mövzuda mübahisə aparmışlar.

Şeyx Səduq buyurur: “Keçmiş ümmətlər arasında rәcət əqidəsi olmuşdur. Peyğəmbər (s) buyurur ki, keçmiş ümmətlər arasında baş verən bu ümmət arasında da baş verəcək. Vacibdir ki, bu ümmət üçün də rәcət olsun.”1

Şeyx Müfid buyurur: “Allah-təala qiyamətdən öncə bir qrup Məhəmməd (s) ümmətini dirildər. Bu əqidə Ali-Məhəmmədə (s) aiddir və Quran da onu təsdiqləyir.”2

Seyyid Mürtəza buyurur: “İmam Mehdinin (ə) zühuru zamanı şiələrdən bir qrupunun dünyaya qaytarılması, mükafat və cəzaya çatdırılması şiə etiqadlarındandır...”



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin