Bismillahir-Rəhmanir-Rəhim


Sual: 47. İntizarın hansı ictimai təsirləri var? Cavab



Yüklə 1,7 Mb.
səhifə45/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   41   42   43   44   45   46   47   48   ...   410
Sual: 47. İntizarın hansı ictimai təsirləri var?

Cavab: İntizarın insan həyatının müxtəlif sahələrinə geniş təsiri var. Ən böyük təsir ictimai məsuliyyət və xeyirxahlıq yönümlərində özünü göstərir. Çünki intizar halında insanpərvərlik səciyyəsi var. İntizarda olan insanın imamın məqsəd və amalları ilə qırılmaz bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.

Demək, intizarda olan cəmiyyət və insan imamın istək və hədəflərinə uyğun əməl etməli, məzlumlara və məhrumlara yardım göstərməli, dərdlilərin dərdinə məlhəm qoymalı, xalqın problemlərini gücü həddində həll etməlidir. Əgər bu şərtlər ödənsə, intizarda olan cəmiyyətdə məhrumlar, yoxsullar, əlacsız xəstələr, problemli insanlar qalmaz.

Olsun ki, bəzi rəvayətlərdə rastlaşdığımız “fərəc intizarı özü fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin aradan qalxmasına işarədir. Belə bir cəmiyyət öz imamının məqsədlərini ən azı öz mühitində gerçəkləşdirir. Bu səbəbdən də imam Riza (ə) buyurur: “Fərəc intizarı fərəcdəndir.”1


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin