Sual: 48. İntizar səciyyəsi intizarda olanların hərbi hazırlığına necə təsir göstərir?
Cavab: İntizar hər şeydən öncə bir əqidədir. Bu əqidə növbəti mərhələdə əməldə aşkara çıxır və intizarda olan insan öz coğrafi, mədəni, ideoloji ərazisinin, eləcə də, həmməsləklərinin keşiyində durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı bütün hərəkətləri nəzarətdə saxlayır, ideoloji, coğrafi səngərini düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.
Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad kitabında “mürabitə” və “rəbat” ünvanlı mövzulardan söz açır. Yəni möminlər sərhədlərdə mövqe tutub hazır olmalıdırlar ki, düşmənin hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.
Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, imamın xidmətində dayanmaq, imamın göstərişlərini həyata keçirməkdir. Bilin ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir mürabitə hər bir fərdə “eyni” (bütün hallarda) vacibdir. Bu rabitə iman sütunlarındandır və bu sütunsuz əməllər qəbul olmur.1
İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində belə buyurur: “Çətinliklər qarşısında dözümlü olun, vəzifələrinizin icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”2
İmam Sadiq (ə) nəql olunmuş digər bir rəvayətdə “rabitul” sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur.3
Dostları ilə paylaş: |