Bismillahir-Rəhmanir-Rəhim


Sual: 53. Məsih (xilaskar) intizarı nə deməkdir? Cavab



Yüklə 1,7 Mb.
səhifə50/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   46   47   48   49   50   51   52   53   ...   410
Sual: 53. Məsih (xilaskar) intizarı nə deməkdir?

Cavab: Yəhudilər möhnət dolu tarixləri boyu ümid etmişlər ki, bir gün Məsih gələcək, dünyaya hakim olub onları zillət girdabından xilas edəcək. İndi də Fələstini işğal etmiş sionistlər qəsbkar İsrail rejiminin banisinin ildönümünün sonunda ibadət şeypurlarını üfürdükdən sonra bu sayaq dua edirlər: “Allahımızın iradəsi budur ki, Onun lütfü ilə azadlıq üfüqünü görək və Məsiha surunun səsi qulaqlarımıza nəvaziş versin.”1

Bəli – İsrail qövmünü öz qaranlıq keçmişi ilə xoşbəxt gələcək intizarında olması çox təbiidir. Bu həmin qövmdür ki, xilaskar kimi onlara üz tutmuş həzrət Musanı tərəddüdlə qarşıladı. Bu ruhiyyə hələ də onlardan əl çəkməmişdir. Yalnız həzrət Davudu padşah seçməklə bu qövmün arzusu yerinə yetmiş oldu. Davud yəhudi padşah nümunəsi olaraq əbədi xilaskarlıq simvoluna çevrildi. Əslində bəzi peyğəmbərlər və hikmət sahibləri də onu məsih kimi tanıyırlar.2

Davud və Süleyman əsrini yəhud qövmünün düşüncəsində Məsiha amanlarının çiçəklənməsi dövrü saymaq olar. Məsiha ümidi Bəni-İsrail hökumətinin ikiyə bölünməsi ilə (həzrət Süleymandan sonra) daha da ciddiləşdi.

Peyğəmbərlər nəinki şövq atəşini diri saxlayır, hətta Məsiha məfhumunu daha da genişləndirirdilər. Onlar inanırdılar ki, Allah tərəfindən xilaskar göndəriləcək şəxs əksər peyğəmbərlər tərəfindən qəbul olunmuşdur.

“İşəya”nın verdiyi xəbərlərdə xilaskar haqqında aşkar məlumatlar var. Yəhud qövmünə təsəlli verən xilaskarlıq ideyası həmin şəxsin öncəgörmələrində təsvir olunmuşdur. Xilaskar ideal ədalətli hökumət qurası, həmin dövrdə bütün yer üzü ilahi mərifətə bürünəsidir. Necə ki, sular dənizi örtür. Bu hadisə Bəni-İsrail dininin bütün yer üzünə yayılmasından sonra baş verəsidir. Möminlərin bayrağı ucalası, ümmətlər xilaskarı tələb edəsidir.3

Həmin xəbərlərdə oxuyuruq: “Axır əyyamda Allah evinin damı dağların qülləsində qərar tutacaq. Bütün ümmətlər ona doğru yola düşəcək...”1

Səfənyanın bəzi xəbərləri İşəyanın xəbərlərindən əhatəlidir. Onun nəzərincə, məsiha əsri bütün yer üzünün islah dövrüdür. Çünki həmin dövrdə bütün ümmətlərə pak din veriləcək və onlar birlikdə “Yəhvə” deyə çağıracaqlar. Hamı birlikdə ona ibadət edəcək. Məsihanın ardıcılı olan Təlmud belə təsvir olunur: O, Davud səltənətindən olan bir şəxsdir. Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə məhv ediləcək, Bəni-İsrail qüdrətə çatacaq. (“Yəhud ayinində Məsiha intizarı”, s.65)


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin