Sual: 54. Fərəc intizarı ilə bağlı mütləq rəvayətlər dedikdə nə başa düşülür?
Cavab: Bəzi şiə və sünni rəvayətlərində fərəc intizarı məsələsi ümumi şəkildə qeyd olunur. Bu qəbil rəvayətlərdə həzrət Mehdinin (ə) zühuru qeyd olunmur. Həzrət peyğəmbərdən nəql olunmuş hədisdə oxuyuruq: “İbadətlərin ən üstünü fərəc intizarıdır.”2
Başqa bir rəvayətdə həzrətin dilindən belə nəql olunur: “Fərəc intizarı ibadətdir.”3
Başqa bir rəvayətdə isə belə buyurulur: “Mənim ümmətim üçün ən fəzilətli əməl Allah-təalanın fərəc intizarıdır.”4
Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “Fərəc üçün səbir və intizar necə də gözəldir! Məgər Allahın “siz intizar çəkin, Mən də intizardayam” buyurduğunu eşitməmisinizmi? Səbiri yaddan çıxarmayın! Çünki fərəc ümidsizlikdən sonra gəlir. Doğrudan da, sizdən əvvəlkilər sizdən daha səbirli idi.”5
Mərhum Məclisi imam Sadiqin (ə) dilindən belə nəql edir: “Pəhrizkarlıq, iffət, qurtuluş və səbrlə fərəc intizarı imamların dinindəndir.”6
Termizi həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İbadətlərin ən üstünü fərəc intizarıdır.”1
Fərəc intizarı dedikdə zahirən həzrət Mehdinin (ə) zühuru nəzərdə tutulur. Müxtəlif firqələrdə məxsus hədislərdə həzrət xalqı zülm-sitəmdən xilas edən şəxs kimi tanıtdırılır.
Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: “Bizim Qaimin (həzrət Mehdinin (ə)) şiələrinin xoş halına! O kəslər ki, qeyb dövründə onun intizarındadırlar.”2
Belə bir məna sünni əhlinin rəvayətləri ilə də uyğun gəlir. Onlar həzrət Mehdinin (ə) dünyaya gəlişinə inanmasalar da, onu bəşəriyyətin xilaskarı kimi qəbul edirlər.
Dəlillər əsasında ümumi hədisləri müəyyənləşdirib onları həzrət Mehdinin (ə) qiyamına tətbiq etmək olar. Əsas məsələ hökm və mövzu arasındakı tənasübdür. Bir bu qədər mühüm sayılan fərəc intizarı, şübhəsiz ki, vəd olunmuş günün intizarıdır.
Dostları ilə paylaş: |