Bismillahir-Rəhmanir-Rəhim


Sual: 63. Zərdüştilər kimi xilaskar sayır? Cavab



Yüklə 1,7 Mb.
səhifə59/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   55   56   57   58   59   60   61   62   ...   410
Sual: 63. Zərdüştilər kimi xilaskar sayır?

Cavab: Zərdüştilərin “Zənd” adlı məşhur kitabında Yəzdan və Əhrimənin (haqla batilin) əbədi savaşından danışıldıqdan sonra deyilir: “Nəhayət, Yəzdan qələbə çaldıqdan və Əhrimənin nəsli kəsildikdən sonra yer üzündə əsl xoşbəxtlik bərqərar olar. Adəm övladları xoşbəxtlik və bərəkətə çatarlar.”1

“Camasibnamə” kitabında zərdüştilər haqqında deyilir: “Haşimilər nəslindən cüssəli bir şəxs zühur edər, cəddinin dini və böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa edər.”2

Həmin kitabda İslam peyğəmbərinin (s) nübüvvəti müjdə verildikdən sonra deyilir: “Peyğəmbər qızının nəslindən bir şəxs xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam peyğəmbərinin (s) yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti qiyamət gününədək davam edər...”3

Avestanın şərhi olan “Zənde-Bəhmən” kitabında zərdüştün dilindən belə nəql olunur: “Suşyansın zühurundan öncə yer üzünü yalan, dinsizlik, açıq-saçıqlıq bürüyər. İnsanlar Allahdan uzaq düşüb zülm və fəsada uğrayarlar. Bu dəyişikliklər dünyanı qarışdırar və xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var: Səmada qəribə hadisə baş verər və bu hadisə zühur nişanəsidir. Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”4

Yenə də “Zənde Bəhmən Yəsən” kitabında oxuyuruq: “Bundan sonra Suşyans” dünyanı paklayar və sonra qiyamət qopar.”5

Həmin kitabda deyilir: “Suşyans sonuncu gələn kəsdir və Zərdüşti xilas edər.”6



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin