Sual: 64. Yəhudilər kimi xilaskar sayır?
Cavab: Yəhudilərin müqəddəs kitabını araşdırdıqda məlum olur ki, bu kitablarda böyük vədlə bağlı işarələr vardır. Əksər Yəhudi kitablarında, o cümlədən Davudun Zəburunda uyğun məlumatlarla rastlaşırıq.
Qurani-Kərimdə buyurulur: “Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndəlәrim varis olacaq.”1
Davudun Zəburunda oxuyuruq: “Pərvərdigarə! Öz hakimiyyətini bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə aparsın, əldən düşənlərə insaf etsin... Bütün padşahlar ona müti olub, bütün millətlər xidmətində durar...”2
Dostları ilə paylaş: |