Sual: 65. Nə üçün həzrət Məsih (xilaskar) bu vaxtadək sağdır?
Cavab: Həzrət Məsihin bu günədək sağ qalmasının ağlımız dərk edən bir sıra səbəbləri var:
1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. Atasız dünyaya gəlməsi, ölüləri diriltməsi, səmaya qalxması onu fərqləndirən səciyyələrdir.
2. Onun diriliyi imam Mehdinin (ə) qeybə çəkilməsini mümkün edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda hələ ki, həzrət Mehdi (ə) bu qədər yaşamamışdır. Həzrət Xızırın ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.
Şeyx Səduq “Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: “Bəli, Allah həzrət Qaim (Mehdi (ə)) üçün uzun bir ömür müəyyənləşdirəndə bilirdi ki, bu həqiqət bəndələri tərəfindən inkar olunacaq. Ona görə də, Qaimin (ə) ömrünün uzunluğuna dəlil olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”3
Sual: 66. Ümumdünya ədalət hökumətinin təşkilində həzrət Məsihin iştirakının səbəbi nədir?
Cavab: Həzrət Məsihin həzrət Mehdinin (ə) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və həzrət Mehdiyə (ə) iqtida etməsi bütün məsihilərin həzrət Mehdiyə (ə) təslim olması ilə nəticələnəcək.
2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin həzrət Mehdiyə (ə) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər həzrət Mehdiyə (ə) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
Dostları ilə paylaş: |