Sual: 70. İncil kitablarında xilaskarın nə vaxt zühur edəcəyi bildirilirmi?
Cavab: İncil kitablarından belə görünür ki, ümumdünya ədalət hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.
Həzrət İsa bu hökumətin qurulması üçün müqəddimə haqqında deyir: “Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir, amma dünyanın sonunu bildirmir.”1
Eyni mənbədə oxuyuruq: “Sonadək qalacaq kəs xilas olar.”2 Deyilənlər həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur və həzrət Mehdinin (ə) dünyanın axırlarında zühur edəcəyinə işarədir.”3
Dostları ilə paylaş: |