Sual: 71. Həzrət Mehdinin (ə) hakimiyyəti genişdirmi?
Cavab: “Əhde-Cədid” kitabından məlum olur ki, insan övladı üçün “Allahın ərşi” kimi təbir olunan həzrət Mehdinin hakimiyyəti bütün yer üzünü bürüyəcək. Luqa İncilində deyilir: “Gələcəkdə şərq və qərbdən, şimal və cənubdan insanlar gəlib Allahın ərşində süfrə başına oturacaq.”4 Merqis İncilində deyilir: “Bundan öncə bütün aləmə müjdə verilməsi vacibdir.”5
İslami rəvayətlərdə də bu mövzuya işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Qaim bizdəndir, onun hökuməti şərqdən qərbə aləmi əhatə edəcək.”6
Əbu-Davud həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Allah onun (Mehdinin) dövründə müsəlmanlardan savay bütün millətləri məhv edəcək.”7
Dostları ilə paylaş: |