Məhdəviyyətin müdafiəsi
Sual: 79. Müsəlmanlar arasında Məhdəviyyətə şəkk edən ilk şəxs kim olmuşdur?
Cavab: Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: “Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir.”1
Həmin məclisdə iştirak edənlərdən biri də İbn-Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: “Sən dedin ki, biz Mehdinin (ə) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki, Allah-təala buyurur: “Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar.”2
Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın ömründən bir gün qalmış olsa, Allah-təala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...3
Dostları ilə paylaş: |