Sual: 82. Məhdəviyyət hədislərində ziddiyyət varmı?
Cavab: Seyyid Rəşid Riza və ustad Səih Məğribi Məhdəviyyət hədislərində ziddiyyət olduğunu iddia etmişlər. Seyyid Rəşid Riza deyir: “Mehdi hədislərindəki ziddiyyəti aradan qaldırmaq çətindir.” O nümunə olaraq müxtəlif hədislərdə xilaskarın bəzən “Həsəni”, bəzən “Hüseyni”, bəzən “Abbasi”, bəzən “Ələvi” adlandırılmasını göstərir.4
Əvvəla, ziddiyyət sabit hökmlərə də aiddir. Buna görə də bir şeyin həqiqətini inkar etmək üçün ziddiyyətlərə istinad etmək yanlışdır. İxtilafsız məsələ olmadığından, belə çıxır ki, etiqadi məsələləri də qəbul etməməliyik.
İkincisi, ziddiyyət yaradan istənilən bir məsələyə münasibətdə sübuta yetiriləsi həqiqət var. Bu səbəbdən də fikir ayrılığı məsələnin həqiqəti üçün sübut ola bilməz.
Dostları ilə paylaş: |