Bismillahir-Rəhmanir-Rəhim


Sual: 88. “Məhdəviyyət əqidəsi digər cəmiyyətlərdən və əqidələrdən götürülməyibmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə81/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   77   78   79   80   81   82   83   84   ...   410
Sual: 88. “Məhdəviyyət əqidəsi digər cəmiyyətlərdən və əqidələrdən götürülməyibmi?

Cavab: Bəziləri Məhdəviyyət əqidəsini İslama kənardan gəlmiş əqidə kimi qəbul edirlər.

Culd Zeyher deyir: “Mehdi (ə) əqidəsinə qayıdış qeyri-islami prinsiplərdəndir. Əslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir.”2

Saih Əli Hüseyn deyir: “Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız bu iki mənbədən təsirlənə bilər...”3

Doktor Əbdür-Rəhman Bədəvi deyir: “Müsəlmanlar arasında Mehdi (ə) əqidəsini Kəbul-Əhbar yaymışdır”.4

Bütün bu iddiaların cavabı var:

1. Quran və mütəvatir rəvayətlərə əsasən həzrət Mehdinin (ə) zühuruna inam əsl İslam əqidəsidir. Bu məsələyə digər dinlərdə də işarə olunmuşdur. Uyğun əqidəni əfsanə saymaq üçün heç bir əsas yoxdur.

2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də ayə və rəvayətlərə əsasən Məhdəviyyətə inanmışlar. Bütün İslam tarixi boyu şiə və sünni məzhəbindən olan böyük alimlər Məhdəviyyəti qəbul etmişdir.

3. Belə əqidənin yəhudilərə və məsihilərə aid olması o demək deyil ki, İslamda bu əqidə ola bilməz və o hökmən başqa dinlərdən götürülmüşdür. Əksinə, digər səmavi dinlərdə də uyğun əqidənin mövcudluğu Məhdəviyyətin insan fitrətindən qaynaqlandığını və Allah tərəfindən təqdir olunduğunu göstərir.

4. İslam cəmiyyətində Məhdəviyyət əqidəsi Kəbul-əhbar tərəfindən yayılmamışdır. Allah və Onun peyğəmbərləri, xüsusi ilə İslam peyğəmbəri (s) və onun məsum əhli-beyti (ə) cəmiyyəti Məhdəviyyət məsələsindən məlumatlandırmışlar.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin