Məhdəviyyətlə bağlı yekdil fikirlər
Sual: 103. İslam məzhəbləri imamın (ə) zühurunu prinsipcə yekdil qəbul edirlərmi?
Cavab: Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.
a) Şiə alimlərindən - Şəhid Sədr deyir: “Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”3
Şeyx Məhəmməd Riza Müzəffər deyir: “Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.”1
b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: “Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”2
Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və höcətkeş insanlar bu məsələyə şübhə edə bilər...”3
Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: “Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir...”4
Dostları ilə paylaş: |