Sual: 105. Həzrət Mehdinin (ə) hökumətinin əhatəsi ilə bağlı məzhəblərin mövqeyi necədir?
Cavab:Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad Məhdəviyyətə etiqaddandır.
Allah-tәala buyurur: “Allah sizlərdən iman gətirib saleh iş görənlərə yer üzündə xilafət vəd etmişdir.2
Əhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Yer üzü zülm-sitəmlə dolar. Həmin vaxt nəslimdən olan bir şəxs zühur edər, 7-9 gün ərzində bütün yer üzünə sahib olar. Həmin vaxt bütün yer üzündə ədalət bərpa edilər.”
İmam Baqir (ə) buyurmuşdur: “İmam Qaim (ə) Mehdi (ə) 309 il yer üzündə hakim olar. Kəhf əhli də mağarada bu qədər qalmışdı. Həzrət yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər. Allah onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”3
Sual: 106. Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir?
Cavab: Şiə və sünnilər tərəfindən nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xilaskarın ləqəbinin Mehdi (ə) olduğunu hamı yekdil şəkildə qəbul edir.
Hakim Nişapuri ibn Səid Xidriyə istinad edərək həzrət Peyğəmbərin (s) dilindən deyir: “Mehdi biz əhli-beytdəndir”.4
Həzrət peyğəmbər buyurmuşdur: “Həzrət Mehdi (ə) başının üzərində bulud dayanmış halda zühur edər. Bulud arasında bir kəs nida edər: “Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”5
Dostları ilə paylaş: |