Sual: 107. Həzrət Mehdi (ə) kimin nəslindəndir?
Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir: “Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi (ə) Fatimə (s) övladlarındandır.”1
Əbu-Səid Xidri deyir: “Həzrət peyğəmbərdən (s) eşitdim: “Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”2
İmam Baqir (ə) buyurmuşdur: “Mehdi (ə) Fatimə övladlarındandır.”3
Dostları ilə paylaş: |