BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə10/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

AYƏ 21:


﴿ يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ ﴾

TƏRCÜMƏ:


«Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız

TƏFSİR:


Ayədə Bəni-İsrailin müqəddəs diyara daxil olmaları belə bəyan edilir: Musa (ə) öz qövmünə dedi: «Allahın sizin üçün qərar verdiyi müqəddəs diyara daxil olun və oraya daxil olmaq üçün çətinliklərdən qorxmayın, sinə gərib fədakarlıq göstərin, əgər bu fərmana arxa çevirsəniz, ziyankar olarsınız.»

«Müqəddəs yer» ya bütün Şam əyalətidir (Suriya, İordaniya, Fələstin və sair), ya da təkcə Beytül-Müqəddəsdir.


AYƏ 22:


﴿ قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ ﴾

TƏRCÜMƏ:


«Dedilər: “Ey Musa, həqiqətən orada qüdrətli zalım bir dəstə var onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq.”»

TƏFSİR:


Ayədəki «cabbar» sözü cəbr kökündən alınıb və bir şeyin zorla, təzyiqlə islah olunmasına deyilir.

Sonra aşağıdakı iki mənadan hər birində təklikdə işlədilmişdir:1

1. Bərpa etmək;

2. Qəhr etmək və qələbə çalmaq.

Allah barəsində hər iki mənada işlənir.

Cabbar qövmü Sami irqindən olan Əmaliqə tayfasıdır. Onlar Ərəbistanın şimal tərəfində yerləşən Sina səhrasında yaşayırdılar və Misirə hücum edərək 500 il hökmranlıq etmişlər.2

Qeyd edək ki, hər hansı bir yerdə ləyaqətsiz insanların olması ləyaqətli şəxslərin kənara çəkilməsinə səbəb ola bilməz. Düşməni onların özləri çıxana qədər gözləmək olmaz. Onları zorla çıxartmaq lazımdır.

İslamda rahatlıq axtarmaq, tənbəllik qadağandır. Düşməni çölə çıxartmaq üçün tədbir görmək və Allahdan yardım diləmək lazımdır.


AYƏ 23:


﴿ قَالَ رَجُلاَنِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللّهُ عَلَيْهِمَا ادْخُلُواْ عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«(Allahdan) qorxanlardan olan Allahın (iman şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: “Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin.”»

TƏFSİR:


Təfsirlərdə qeyd olunur ki, o iki nəfər Bəni-İsrailin on iki nəqibindən olan Yuşe ibn Nun və Kalib ibn Yuhənna idi ki, adları Tövratın “təsniyə sifri”ndə qeyd olunmuşdur.

Allahdan qorxub təqvalı olmaq ilahi nemətlərin və mərhəmətin nazil olmasına şərait yaradır. Hər kəs Allahdan qorxsa, başqa qüdrətlərdən qorxmaz və yalnız Allaha təvəkkül edər.


AYƏ 24:


﴿ قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ ﴾

TƏRCÜMƏ:


«Dedilər: “Ey Musa, qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq.”»

TƏFSİR:


Həm Beytül-Müqəddəs, həm də Məkkə müqəddəs diyardır. Amma Musanın (ə) öz qövmünə buyurduğu «o diyara daxil olub düşmənlə vuruşun» sözündən sonra bəhanə gətirərək onun fərmanına qarşı itaətsizlik etdilər. Amma müsəlmanlar 6-cı hicri ilində ümrə qəsdi ilə Peyğəmbərlə (s) birlikdə Məkkəyə yaxınlaşdıqları zaman o Həzrət (s) mane olmasaydı, onlar şəhərə hücum edəcəkdilər. (Bu səfərdə Hüdeybiyyə sülhü bağlandı.)

Bəli, hər iki tayfa müqəddəs şəhərin darvazasına yaxınlaşmışdılar. Lakin onlardan biri çox qorxaq, digəri isə həddindən artıq şücaətli idi.

Bəni-İsraildən olanlar ədəbsizlik, bəhanəçilik, zəiflik, rifahtələblik və firavançılıqda «nümunə» idilər.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin