BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə23/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

AYƏ 55:


﴿ إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən sizin başçınız işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri iman gətirənlərnamaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam onun rüku halında üzük bağışlamasıdır)

TƏFSİR:


Bu ayənin nazilolma səbəbi (şəni-nüzulu) ilə əlaqədar qeyd olunur ki, bir dilənçi Peyğəmbər (s) məscidinə daxil oldu və camaatdan kömək istədi. Amma ona heç nə vermədilər. Əli (ə) namaz halında ona işarə etdi. Dilənçi gəlib rüku halında onun üzüyünü çıxartdı. Bu ehsanı əzəmətlə yad etmək üçün bu ayə nazil oldu.

Bu hadisəni səhabələrdən çoxu, o cümlədən İbn Abbas, Əmmar, Cabir İbn Əbdüllah, Əbuzər, Ənəs ibn Malik, Bilal və başqaları nəql etmişlər. Bu ayənin şəni-nüzulu barəsində sünni və şiələr müvafiqdirlər.1

Peyğəmbəri-Əkrəm (s) Qədir-Xumda Həzrət Əlinin (ə) məqamını bəyan etmək üçün bu ayəni oxudu. («Təfsiri-Safi»). Əli (ə) da özünün İslam ümmətinə rəhbərliyə hamıdan artıq haqlı olmasını isbat etmək üçün dəfələrlə bu ayəni oxumuşdu. («Əl-mizan») Əbuzər özü bu hadisənin şahidi olmuş, Məscidül-Həramda camaat üçün bu hadisəni qeyd etmişdir («Məcməul-bəyan» təfsiri). Sünni və şiələrin mötəbər təfsirlərində də (ayədəki) «vəli» kəlməsi dost və köməkçi mənasında deyildir. Çünki dostluq və köməklik təkcə rüku halında infaq edənlərə yox, bütün müsəlmanlara aiddir. Rəvayətlərə əsasən məqsəd Əli ibn Əbutalibdir və «amənu» kəlməsinin cəm formasında gəlməsi «Mübahilə» ayəsində də olduğu kimi, onun əhəmiyyətini çatdırır.

Bunu da qeyd edək ki, bir çox alim və müfəssirlər demişlər ki, yuxarıdakı ayədəki vilayət (vəli kəlməsinin köküdür) xüsusilə, bu vilayətin Peyğəmbərin (s) və Allahın vilayəti ilə bir cərgədə qərar tutduğuna və hər üçü bir cümlə ilə bəyan olunduğuna görə insanın maddi və mənəvi rəhbərliyi, sərpərəstliyi və təsərrüfü mənasında olan vilayətdir.

Beləliklə, bu ayə İmam Əlinin (ə) vilayətinə dəlalət edən aşkar Quran hökmüdür.

İNCƏ MƏTLƏBLƏR

1. İslam həm vilayət, həm bəraət, həm cazibə və həm də dafiə dinidir. Əvvəlki ayələrdə yəhudilərin və məsihilərin vəli və rəhbər qərar verilməsi qadağan olunur. Burada isə buyurulur ki, yalnız Allahı, Peyğəmbəri (s) və Əlini (ə) özünüzə vəli və ixtiyar sahibi seçin.

2. Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) vilayətinin məfhumu eynidir. Çünki bu üçü tək halda olan «vəliyyukum» kəlməsi ilə buyurulur. Əks halda «əvliyaukum» deyə buyurulardı.

3. Adətən namaz və zəkat yanaşı və ardıcıl şəkildə zikr olunur. Lakin bu ayədə onlar bir-biri ilə qarışmışdır (rüku halında zəkat vermək).

4. Namaz və zəkat əhli olmayanların camaata rəhbərlik və vilayət haqqı yoxdur.

5. Məhrumlara, fəqir-füqəraya kömək etmək üçün hətta namaz belə, maneə deyildir; fəqir şəxs müsəlmanların içindən əliboş qayıtmamalıdır.

6. Allah xatirinə Allahın məxluqatına diqqət yetirmək (rüku halında zəkat vermək) ixlasa zərər çatdırmır. Allahı nəzərdə tutmadan yalnız məxluqata diqqət yetirmək marksizmdir. Məxluqatı nəzərə almadan yalnız Allaha nəzər yetirmək rahiblikdir. Amma Allaha doğru olan yolda məxluqata diqqət yetirmək İslamın tutduğu yoldur.

7. Fəqirlərin ah-fəğanına, naləsinə laqeyd yanaşanlar sizin rəhbər və vəliniz olmamalıdır.

8. İnfaq kimi cüzi işlər namazı batil etmir.

9. Quran müstəhəb sədəqəyə və üzüyə belə zəkat demişdir.

10. Müsəlmanların üzərində rəhbərlik və vilayət haqqı ilk növbədə Allaha, ondan sonra Peyğəmbərə (s), daha sonra imama, ondan sonra isə vəliyyi-fəqihə məxsusdur.

11. Ən gözəl təqdimetmə üslubu budur ki, bir kəsin adı çəkilmədən vəsfləri və xüsusiyyətləri deyilsin, dinləyicilərdə onun xaricdəki nümunələrini tapsınlar (bu ayədə Əlinin (ə) adı çəkilmədən onun sifətləri və işləri sadalanmışdır).


AYƏ 56:


﴿ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ ﴾

TƏRCÜMƏ:


«Kim Allahı, Onun peyğəmbərini iman gətirənləri (öz) sahib başçı() kimi qəbul etsə (Allahın firqəsindəndir ) şübhəsiz, Allah firqəsi qalibdir

TƏFSİR:


Bu ayə əvvəlki ayənin məzmununu təkmilləşdirir və onun izlədiyi hədəfə təkid edərək müsəlmanlara bildirir ki, əvvəlki ayədə Allahın, Peyğəmbərin (s) və imanlı şəxslərin rəhbərliyini qəbul edənlər mütləq qalib olacaqlar. Çünki onlar Allahın dəstəsindəndir və qalib gələnlər də məhz Allahın dəstəsidir.

Əvvəlki ayədə qeyd olunan vilayətin mənasına dair bu ayədə digər bir şahid də mövcuddur. Çünki «hizbullah», «onun qələbəsi» kimi təbirlər sadə və adi bir dostluq mənasına deyil, İslam hökuməti ilə əlaqədardır. Bu da göstərir ki, həmin ayədəki vilayət müsəlmanların və İslamın rəhbəri, hökumət başçısı mənasınadır. Çünki «hizb» kəlməsinin mənasında müştərək hədəflərin təmin olunması üçün həmrəylik və təşəkkül mənası vardır.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin