BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə5/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   2   3   4   5   6   7   8   9   ...   44

AYƏ 8:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, (bütün fərdi ictimai işlərdə) həmişə Allaha görə möhkəm mətin dayanan ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır

TƏFSİR:


Bu ayə möminləri ədalətin bərqərar edilməsinə dəvət edir. Əvvəlcə onlara xitab edərək buyurur: Ey iman gətirənlər! Həmişə Allah üçün qiyam edənlərdən olun, haqq-ədalətə şahidlik verin.1

Sonra ədalət yolundan çıxma amillərindən biri xatırladılır və müsəlmanlara belə xəbərdarlıq edilir: Hər hansı bir qövmə qarşı sizdə olan ədavət və kinlər, eləcə də şəxsi işləriniz ədalətin icrasına mane olmamalı, başqalarının hüquqlarına təcavüz etməyinizə gətirib çıxarmamalıdır. Çünki ədalət bunların hamısından mühüm bir işdir.

Həmin məsələnin kəsb etdiyi əhəmiyyətə görə bir daha ədalət məsələsinə təkid edilərək buyurulur: Ədalətli olun, çünki bu iş pərhizkarlığa daha yaxındır.

Ədalət pərhizkarlıq və təqvanın mühüm yollarından olduğuna görə, ikinci dəfə əlavə təkidlə buyurulur: Allah qarşısında təqvalı olun, çünki Allah sizin bütün əməllərinizdən agahdır.


AYƏ 9-10:


﴿ وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ ﴾

TƏRCÜMƏ:


9. «Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma böyük mükafat olacağını vəd etmişdir

10. «Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər

TƏFSİR:


9-cu ayədə Quranın həmişəki üslubuna uyğun olaraq, xüsusi dini hökmlər bəyan edildikdən sonra onun təkmil olunaraq tərtibə salınması, eləcə də ümumi qayda-qanunlara işarə edilməsi üçün yenə də ədalətin icra olunması və haqq şüarına təkid edərək buyurur: Allah-təala iman gətirib saleh əməllər görənlərə bağışlanmaq və böyük mükafat vədəsi vermişdir.

Bunların da müqabilində 10-cu ayədə buyurulur ki, Allahı inkar edərək Onun ayələrini təkzib edənlər cəhənnəm əhlidir.

Diqqət yetirilməlidir ki, birinci ayədə bağışlanmaq və böyük mükafat «ilahi vəd» kimi, cəhənnəm əzabı isə «yaramaz əməllərin nəticəsi» kimi göstərilərək belə əməl sahiblərinin həmin aqibətə düçar olacaqları buyurulur. Bu da həqiqətdə Allah-təalanın axirət aləmində bəndələrə verəcəyi mükafatlarla əlaqədar geniş rəhmət və mərhəmətini göstərir ki, bu iş insanın düzgün əməlləri ilə əsla müqayisə olunmazdır. Bu dünyanın cəzaları da intiqam xarakteri daşımır, sadəcə olaraq insanların öz nalayiq əməllərininin nəticəsidir.

AYƏ 11:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər

TƏFSİR:


Müfəssirlər arasında bu ayənin hansı hadisəni bəyan etməsi ilə əlaqədar fikir ayrılığı olmasına baxmayaraq, onu sonradan qeyd olunacaq halların hamısına aid etmək olar. Belə ki, müsəlmanlar düşmənin hücumları və ya onların bəd niyyətləri qarşısında Allaha arxalanır və qələbə çalaraq xilas olurdular. Lakin ümumi halda Allahın nemətlərinin yad edilməsi bir növ şükürdür və insandan qürur və qəfləti uzaqlaşdırır, onun Allaha olan eşqini daha da artırır.

İNCƏ MƏTLƏBLƏR


1. Düşmən tərəfindən törənən təhlükələrin aradan qaldırılması ən böyük ilahi nemətlərdən biridir.

2. Təqva, təfəkkür və imanla Allahın mərhəmətli nəzərlərini özünüzə cəlb edin, düşmənin təhlükələrini dəf edin və bununla yanaşı bilin ki, günah nəticəsində Allah insanın düşmənini ona müsəllət edər və Allaha diqqət yetirilməsi düşmənin dəf edilməsinə səbəb olar.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin