BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə30/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

AYƏ 74:


﴿ أَفَلاَ يَتُوبُونَ إِلَى اللّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:


«Bəs üçün onlar, Allah çox bağışlayan mehriban olduğu halda, Allaha tərəf qayıtmır Ondan bağışlanmaq diləmirlər?»

TƏFSİR:


Bu mübarək ayə inhirafçı əqidələr qarşısında ayıq olmağın zəruri və lazım olduğuna dəlalət edir. Bu ayə yollarından azanları ilahi rəhmət və əfvlə müjdələyərək düzgün yola dəvət edir və buyurur ki, tövbə etdikləri təqdirdə Allah həm onları bağışlayar, həm də Öz rəhmətini onlara şamil edər.

AYƏ 75:


﴿مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انظُرْ أَنَّى يُؤْفَكُونَ﴾

TƏRCÜMƏ:


«Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə (Öz tovhidimizin İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə hara qaytarılırlar?!»

TƏFSİR:


Bu ayədə Allah-təala Həzrət Məsihin (ə) ilahiləşdirilməsinin rədd olunmasına dair üç dəlil gətirir:

1. O, Məryəmin oğludur və anadan doğulmuşdur.

2. Onun kimi peyğəmbərlər də olmuşdur və o misilsiz deyildir.

3. O da başqaları kimi yemək yeməyə və təbii həyat üçün lazım olan şeylərə ehtiyaclıdır. O özünün fiziki qüvvəsini bir tikə çörəkdən əldə edir. Deməli, Allah olmaq üçün mütləq qüdrət sahibi deyildir. Yemək yeməyə ehtiyaclı olan bir şəxs həmin yeməyin xaliqi və yaradanı ola bilməz. Bunlar Quranın aşkar bəyanlarıdır və möcüzə kimi bəzi imtiyazlara və istisna hallara malik olmaq şəxsin ilahiləşdirilməsinə dəlil deyil. Halbuki, başqa peyğəmbərlər də möcüzə göstərirdilər. Yaxud Adəm peyğəmbər (ə) dünyaya atasız-anasız gəlmişdir. Allah nə cismdir, nə doğulmuşdur. O heç bir cəhətdən ehtiyaclı deyildir və məkana da ehtiyacı yoxdur.

Aydın olur ki, Məryəm (ə) də Allahın övliyalarındandır. Quran müqəddəs qadınları tərifləmiş, Həzrət Məryəmi (ə) Siddiqə (doğruçu) hesab etmişdir. Başqa ayələrdə Məryəmin ilahi kəlmələri təsdiq etməsi və onun abidlərdən olması buyurulur.1

AYƏ 76:


﴿ قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا وَاللّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾

TƏRCÜMƏ:


«De: “Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan xeyir vermək imkan qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən biləndir!”»

TƏFSİR:


Yuxarıdakı dəlilləri təkmilləşdirmək üçün bu ayədə buyurulur: Siz bilirsiniz ki, Məsihin (ə) özü başdan-ayağa bəşəri ehtiyaclara malik idi, nəinki sizin xeyir və ziyanınız, hətta özünün belə xeyir və ziyanı öz əlində deyildi. De: “Yoxsa elə şeylərə pərəstiş edirsiniz ki, nə sizin özünüzün, nə də sizin faydanızın sahibidir?!”

Məhz buna görə də dəfələrlə düşmənlərin əlində giriftar oldu və ya dostları tərəfindən çətinliyə məruz qaldı. Əgər Allahın mərhəməti onların halına şamil olmasaydı, heç bir addım da ata bilməzdilər.

Ayənin axırında onlara xəbərdarlıq edilir: «Allahın sizin yaramaz sözlərinizi eşitmədiyini, yaxud sizin batini niyyətlərinizdən agah olmadığını güman etməyin; Allah həm eşidəndir, həm də biləndir!»

İNCƏ MƏTLƏBLƏR

1. Şirk yolunun batil olmasında öz əqlinizə və vicdanınıza müraciət edin.

2. Allahdan başqa digər məbudlar nəinki sizin ehtiyaclarınızı aradan qaldırmaqda, hətta, onları eşidib dərk etməkdə belə acizdirlər.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin