BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə6/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   2   3   4   5   6   7   8   9   ...   44

AYƏ 12:


﴿وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ﴾

TƏRCÜMƏ:


«Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər sizi (binalarının ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir

TƏFSİR:


On iki nəfərdən ibarət olan Bəni-İsrail nəqibləri Həzrət Musanın (ə) vəzirləri və Bəni-İsraildən olan on iki tayfanın rəisləri idi. Rəsuli-Əkrəmdən (s) rəvayət olunur: «Məndən sonrakı xəlifələr də Bəni-İsrail nəqiblərinin sayı qədər, yəni on iki nəfərdir.»

Əhli-Beyt (ə) yoluna müxalif olanlar əbəs yerə çalışaraq bu sayı Raşidi xəlifələrinə, eləcə də Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə uyğunlaşdırmaq istəyirlər, halbuki, həmin say onların heç biri ilə uyğun gəlmir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə əvvəldə Əli ibn Əbi Talib (ə), axırda isə Həzrət Məhdi (ə) olmaqla həmin on iki nəfərin hamısının adı qeyd olunub.

«Əzzərə» kəlməsi (əzzərtumuhum) ehtiramla yanaşı olan kömək etmək, onun kökü olan «təzir» də günahkar və müqəssir şəxsin günahının tərk olunmasında ona bir növ kömək etmək mənasınadır. Deməli, İslamın cəza qanunları intiqamçılıq deyil, yalnız təlim-tərbiyə məqsədi güdür.1

İNCƏ MƏTLƏBLƏR


1. Allahın bizimlə olmasının bir neçə şərti var: iman gətirmək, namaz qılmaq, zəkat vermək, peyğəmbərlərə kömək etmək və Allah yolunda infaq etmək. Bunlar olmazsa, Allahın bəndələrinə olan mərhəməti kəsilər.

2. Namaz, zəkat, infaq bütün ilahi dinlərdə olan göstərişlərdəndir. Bunu da qeyd edək ki, təkcə vacibatın yerinə yetirilməsi kifayət deyildir. Vaciblər yalnız müstəhəbbi əməllərin yerinə yetirilməsi və haram işlərdən uzaq olmaqla birlikdə mühüm rol oynayır.

3. Namaz, zəkat, infaq kimi işlər özünün həqiqi məfhum və mənasını məhz vilayət və rəhbərliklə yanaşı olduğu zaman tapır. O da bütün ilahi rəhbərlərin vilayət və rəhbərliyini qəbul etməkdən ibarətdir.

4. Behişt mənəviyyatını itirmiş, ruhu çirkinləşmiş insanların yeri deyil. Əvvəlcə paklaşmaq, sonra behiştə getmək olar.



5. Allahın əhdini əldə etməyin yolu iman və saleh əməldən ibarətdir.

AYƏ 13:


﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمُ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ﴾

TƏRCÜMƏ:


«Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb təbiətlərini eybəcərliyə hökümətlərini süquta məhkum etdik) qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onlarınaz bir qismi istisna olmaqlaxəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə (hələlik, qədər ki, cihada əmr olunmamısan) onlardan keç üz döndər ki, həqiqətən Allah yaxşıları yaxşı görənləri sevir1

TƏFSİR:


1. Bu surənin ilk ayəsində əhd-peymanlara, müqavilələrə vəfalı qalmağa dair göstəriş verilməsi, 12-ci ayədə Allahın Bəni-İsrail ilə olan əhd-peymanı, bu ayədə isə onların əhd-peyman pozmaları irəli çəkildiyindən bu surəyə «Əhd» surəsi də demişlər.

2. Əhd-peymanı pozmaq Allahın mərhəmətindən məhrum olmağa, insanın daşürəkli olmasına, qəlbinin bərkiməsinə zəmin yaradır.

3. Xəyanət əhli olan Bəni-İsrail Allah dinini təhrif etdiyinə görə əzaba düçar oldu.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin