BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə11/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

AYƏ 34:


﴿ وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَى مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلاَ مُبَدِّلَ لِكَلِمَاتِ اللّهِ وَلَقدْ جَاءكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib əziyyət müqabilində səbr etdilər () nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır

TƏFSİR:


Keçmiş peyğəmbərlər və onların səbrli olmaları bizim üçün nümunə olmalıdır. Hud, Saleh, Nuh və başqa peyğəmbərlərin qövmləri ilahi ayələri təkzib etdiklərinə görə məhv olmuşlar, biz də bu kimi hadisələrdən ibrət almalıyıq. Allahın əbədi və dəyişilməz qanunu insanlara rəsullar göndərməkdir. İnsanlar bunu azad surətdə, tam ixtiyar üzündən seçməlidirlər. Allah kafirləri öz əməllərinin cəzasına çatdırır və rəsullarına haqqa dəvət yolunda kömək edir.

Əlbəttə, düşmənlər haqqın əleyhinə səy etməkdə heç bir şeyi, o cümlədən, təkzib etməyi və əzab-əziyyət verməyi əsirgəmirlər. Lakin haqq həmişə qalibdir.12


AYƏ 35:


﴿وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَن تَبْتَغِيَ نَفَقًا فِي الأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاء فَتَأْتِيَهُم بِآيَةٍ وَلَوْ شَاء اللّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى فَلاَ تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ﴾

TƏRCÜMƏ:


«Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin göyün dərinliklərindən başqa) bir nişanə möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma

TƏFSİR:


Bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, kafirlər Peyğəmbərə (s) deyirdilər: «Biz yalnız o vaxt iman gətirərik ki, yeri deşib oradan bir çeşmə qaynadasan, yaxud asimanlara gedəsən.» Bu sözlər bəlkə də onların yersiz istəklərindən xəbər verir ki, əgər yeri qazsan da, yaxud asimana bir nərdivan qoysan da, bir sözlə, özünü oda-közə vursan da heç bir faydası yoxdur. Sənin dəvətində heç bir nöqsan yoxdur, sadəcə bunlar inadkar adamlardır. Belə isə, onların hidayət olunması üçün bu qədər canfəşanlıq etmə, narahat da olma.

Lakin heç kəs «Allah onları haqqın qarşısında təslim olmağa vadar edə bilməz və buna qadir deyil!» – deyə yanlış güman etməsin deyə, dərhal buyurulur: Əgər Allah istəsəydi, onların hamısını hidayət əsasında bir yerə yığar, sənin dəvətin müqabilində təslim olmağa, haqqı etiraf edib iman gətirməyə vadar edə bilərdi. Məlum olduğu kimi, icbari olan belə bir imanın faydası yoxdur. İnsan övladı tam ixtiyar və azadlıq əsasında təkamülə çatmaq üçün yaradılmışdır. Yalnız iradə azadlığı sayəsində möminlər və yaxşı əməl sahibləri pis insanlardan seçilə bilər. Sonra buyurulur: Bunları ona görə bəyan edirik ki, cahillərdən olmayasan.

Yəni bu kimi hallarda səbirsizlik etmə, iradə və müqavimətini əldən vermə, onların şirk və küfrlərinə görə həddindən artıq narahat olma və bil ki, düz yol elə sənin getdiyin yoldur.

Şəkk yoxdur ki, Peyğəmbər (s) bu həqiqətlərdən agah idi, lakin Allah Öz Peyğəmbərinə təskinlik vermək üçün bunları xatırladır.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin