BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə16/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

AYƏ 50:


﴿قُل لاَّ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلا أَعْلَمُ الْغَيْبَ وَلا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ﴾

TƏRCÜMƏ:


«De: “Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini bilmirəm (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə mən vəhyə tabe olduğum üçün gözüaçıq hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)” De: “Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?”»

TƏFSİR:

QEYBDƏN AGAHLIQ


Bu ayə müşriklərin və kafirlərin üç etirazına qısa şəkildə cavab verir. Əvvəldə onlar Peyğəmbərə (s) təklif edirdilər ki, çox qəribə möcüzələr göstərsin. Hər birinin də öz meylinə uyğun təklifi var idi. Hətta başqalarının istədikləri möcüzələri müşahidə etməklə də qane olmurdular. Bəzən qızıldan olan evlər istəyir, bəzən mələklərin nazil olmasını tələb edirdilər. Bəzi vaxtlarda Məkkənin quraqlıq və yandırıcı səhrasının təravətli, sulu-meyvəli bir bağa dönməsini tələb edirdilər.

Onlar özlərinin bu qəribə istəkləri ilə sanki Peyğəmbərin (s) yerə-göyə malik olmasını və ilahiyyat məqamına çatmasını təvəqqe edirdilər. Buna görə də Allah-təala onların cavabında Peyğəmbərə (s) göstəriş verir ki, belə desin: Mən heç vaxt iddia etmirəm ki, Allahın xəzinələri mənim əlimdədir.

«Xəzain» kəlməsi hər bir şeyin mərkəzi və mənbəyi mənasına olan «xəzinə»nin cəm formasıdır. Beləliklə «xəzainullah» kəlməsi (Allahın xəzinələri) bütün qüdrət və kamalların mənşəyi olan Allahın sonsuz zatından qaynaqlanan bütün xeyirlərə şamildir.

Onlar, həmçinin, Peyğəmbərin (s) onları gələcək və keçmiş sirlərdən agah etməsini, hətta onların şəxsi həyatlarında gələcəkdə nə kimi hadisələrin baş verəcəyini deməsini istəyirdilər ki, nəticədə baş verəcək zərərləri dəf etmək, mənfəət qazanmaq üçün çalışsınlar. Ayədə deyilir: «Mən heç vaxt iddia etmirəm ki, qeybin gizlin sirlərindən agaham.»

Üçüncü cümlədə Peyğəmbərin (s) özünün mələk olmasını, yaxud onunla yanaşı bir mələyin gəlməsini və yaxud insana xas olan, yemək və küçə-bazarda yol getmək kimi xüsusiyyətlərin onda olmamasını istəyirdilər! Ayədə buyurulur: Mən heç vaxt mələk olduğumu iddia etmirəm. Sadəcə olaraq vəhy yolu ilə Pərvərdigarımın tərəfindən mənə nazil olan göstərişlərə və təlimatlara tabeyəm.

Ayənin axırında Peyğəmbərə (s) göstəriş verilir ki, onlara belə desin: «Görənlə görməyən adam birdirmi? Əql və düşüncəsinin gözləri, bəsirəti bağlananlar həqiqətləri gözəl şəkildə görüb dərk edənlərlə bərabərdirmi? Bu barədə fikirləşməzsinizmi?»



AYƏ 51:


﴿ وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُواْ إِلَى رَبِّهِمْ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴾

TƏRCÜMƏ:


«Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı şəfaətçiləri olmayacaqdırbəlkə çəkindilər

TƏFSİR:


Əvvəlki ayənin sonunda buyurulmuşdu ki, görənlə görməyənlər bir deyil. Bu ayədə isə Peyğəmbərə (s) göstəriş verilir ki, Quran vasitəsilə Qiyamət gününə inananları qorxudub onları qəflətdən oyatsın. Çünki onların qəlb gözləri və bəsirətləri o qədər açılmışdır ki, hesab-kitabın olacağına ehtimal verir və bu ehtimal sayəsində məsuliyyətdən qorxmaqla haqqı qəbul etmək üçün hazırlıqlı olurlar. Sonra buyurulur: Qəlbləri ayıq olan bu cür bəsirətlilər elə bir gündən qorxurlar ki, o gündə Allahdan başqa heç bir sığınacaq yeri və şəfaət edən olmayacaqdır.

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: «(Ayənin mənası budur ki,) Quran vasitəsilə o kəsləri qorxut ki, Pərvərdigarın hüzuruna çatmağa ümidləri vardır. Onları Pərvərdigarın yanında olanlara təşviq et. Çünki Quran şəfaəti qəbul olunan bir şəfaətçidir.»17



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin