BiSMİllahir-rəhmanir-rəHİM


﴿ وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴾



Yüklə 3,25 Mb.
səhifə2/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   ...   53

AYƏ 3:


﴿ وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴾

TƏRCÜMƏ:


«Göylərdə yerdə olan tək Allah Odur. O, sizin gizlininizi , aşkarınızı da bilir (yaxşı pisdən) əldə etdiklərinizdən xəbərdardır

TƏFSİR:


Hər növ varlıq üçün ayrıca bir ilahə (məbud) olduğuna (bu, qədim yunanlarda mövcud olan ilahələrə etiqaddır), yəni yağış ilahəsi, müharibə ilahəsi, sülh ilahəsi, asiman ilahəsi və s. kimi məbudların olduğuna inananların cavabında belə buyurulur: «Bütün aismanlara və yerə hökmranlıq edən məhz Allahdır.»

Aydındır ki, bir kəs hər yerə hökmranlıq etsə, hər şeyin tədbir və iradə olunmasını öz əlinə alsa, hər yerdə hazır olub nəzarət etsə, bütün gizli sirləri bilər. Buna görə də sonrakı cümlədə buyurulur: «Belə bir Pərvərdigar sizin gizlindəki və aşkardakı işlərinizi bilir. Həmçinin, sizin görüb əldə etdiyiniz şeylərdən də xəbərdardır.»


AYƏ 4-5:


﴿ وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ. فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ ﴾

TƏRCÜMƏ:


4. «Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər

5. «Həqiqətən onlar haqq (Quran möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir

TƏFSİR:


4. Qeyd etdiyimiz kimi, «Ənam» surəsi ümdə olaraq müşriklərlə bəhs edir. Quran bu ayədə müxtəlif agahlıq və ayıltma vasitələrindən istifadə edərək müşriklərin haqq və Allahın nişanələri qarşısında təkəbbür, etinasızlıq və inadkarlıq xislətlərinə işarə edərək buyurur: «Onlar o qədər etinasız və inadkardırlar ki, Pərvərdigarın nişanələrindən hər hansı birini gördükdə dərhal ondan üz çevirirlər.»

Bu ruhiyyə təkcə ərəb müşriklərinə və cahiliyyət dövrünə məxsus deyildir. İndinin özündə də belələrini çox görmək olar, hətta altmış illik ömründə belə özünə Allah və din barəsində bir saatlıq axtarış axtarmaq zəhmətini vermir, bu barədə əlinə hər hansı kitab və yazı düşsə ona nəzər belə salmır. Əgər ona bu barədə bir söz deyən olsa qulaq asmaz. Bunlar bəzən alim donu geymiş xəbərsiz və inadkar cahillərdir!

5. Sonra onların əməllərinin ağır və acınacaqlı nəticəsinə işarə edərək buyurur ki, haqq onlara tərəf gəldiyi zaman onu inkar etdilər. Halbuki Allahın ayə və nişanələrində diqqət etsəydilər, haqqı yaxşı şəkildə görüb tanıyar və ona inanardılar. Onlar bu inkarın nəticəsini tezliklə görəcəklər və məsxərə etdikləri şeyin xəbəri onlara çatacaqdır.

Yuxarıdakı iki ayədə küfrün hər bir mərhələdə daha şiddətli olan üç mərhələsinə işarə olunur. İlk mərhələ haqdan üz döndərmək, sonra onu təkzib etmək, üçüncü mərhələdə isə Allahın ayələrini, həqiqətləri məsxərəyə qoyub istehza etmələridir.


AYƏ 6:


﴿أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ﴾

TƏRCÜMƏ:


«Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə Biz günahlarının cəzası olaraq onları həlak etdik onlardan sonra digər bir toplum vücuda gətirdik

TƏFSİR:


Başqalarının başına gələnlərdən və tarixdən ibrət almaq lazımdır. Gerçək və ibarətamiz hadisələrin nəql olunması Quranın tərbiyəvi üslublarından biridir. Allahın əta etdiyi imkanlardan sui-istifadə edənlərin cəzası məhvə məhkum olmaqdır. Allah onlara axirət əzabından əvvəl elə bu dünyada da cəza verir. Qüdrət sahibləri heç vaxt fikirləşməməlidirlər ki, dünya onların əlində əbədi olaraq qədər qalacaqdır. Xeyr! Allah onları cəzalandıracaq və onların yerinə başqalarını gətirəcəkdir. Buna əsasən də xoşagəlməz hadisələrin əsas amili məhz insanın öz əməlləridir.

Bunu da qeyd edək ki, «qərn» bir yerdə həlak olan və heç bir nümayəndəsi qalmayan ümmətə deyilir. («Əqrəbül-məvarid» kitabı) Eyni zamanda yaşayan insanlara da «qərn» deyilir. Adətən bir nəsil 60-100 il ömür sürdüyünə görə də «qərinə» dedikdə 60-80, yaxud 100 il nəzərdə tutulur. («Əl-mizan» və «Təfsiri Fəxr Razi»)



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin