BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə25/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

AYƏ 75:


﴿ وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ ﴾

TƏRCÜMƏ:


«Beləcə İbrahimə (atasının qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə yerə olan tam malikiyyət rübubiyyətimizi () göstərirdik (ki, dəlilgətirmə məqamında elmli bacarıqlı olsun) (həmçinin) inananlardan olması üçün

TƏFSİR:


«Mələkut» kəlməsi «milk» sözündən alınmışdır və ondakı «vav» və «ta» hərfləri də təkid və mübaliğə üçün artırılmışdır. «Asimanların mələkutu» dedikdə onların həqiqi və mütləq malikiyyəti nəzərdə tutulur.

Aləmlər dörd qismə bölünür: Lahut (Allahdan başqasının agah olmadığı üluhiyyət aləmi), Cəbərut (mücərrədlər aləmi), Mələkut (cismlər aləmi), Nasut (dəyişikliklərin baş verdiyi kovn-fəsad aləmi).27

Mələkut – qeyb aləmi, qəribəliklər, nizam-intizam və sirlər aləmidir («Qamus», «Möcəmül-bəsit»).

Asimanların mələkutu – onlarda mövcud olan qəribəliklərdir (Alusinin təfsiri).

İbrahim (ə) asimanların və yerin mələkutunu görməklə Allahın yaradılış qanunu, xilqət, hikmət və rübubiyyəti ilə daha artıq tanış oldu. İmam Baqirin (ə) sözü ilə desək, Allah-təala İbrahimin gözlərinə elə bir nur qüdrət bağışladı ki, asimanların yerin ənginliklərini müşahidə etdi («Nurus-səqəleyn» təfsiri).

Əlbəttə, Allah haqqı tanıyıb ona dəvət edən və bu yolda heç bir şeydən qorxmayanlara (bu ayənin buyurduğu kimi İbrahim (ə) kimilərə) mələkuti gözlər əta edər.


AYƏ 76:


﴿ فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الآفِلِينَ ﴾

TƏRCÜMƏ:


«Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü ( müşriklərlə mübahisə etmək üçün) dedi: “Bu mənim Rəbbimdir.” Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: “Mən batanları sevmirəm.”»

TƏFSİR:


İbrahim (ə) müşriklərlə mübahisə edərkən onların əqidəsinin batil olduğunu isbat etmək məqsədi ilə özündən bir qədər yumşaqlıq göstərirdi. Amma onun dediyi bu kimi sözlər onun qəlbi və batini əqidəsi deyildi ki, onun ismətinə zidd olsun. Sonrakı iki ayədə «ya qəum» və «haza rəbbi» deməklə onlarla bir növ mülayim rəftar etmək istəyir. Buna görə də ay və günəş qüruba endikdə heç də «şirkə nifrət edirəm» deyil, «sizin şirkinizə nifrət edirəm» deyir.

Müəyyən vaxtda çıxıb daha sonra qüruba enən varlıqlar təbiətdəki mövcud qanunlara tabedir. Hərəkətdə olan hər bir varlıq hadisdir (sonradan yaranmış). Hadis də Allah ola bilməz. İbrahim (ə) ilk əvvəldə müvəqqəti olaraq zahirdə onların əqidəsini qəbul edir ki, daha sonra dəlil əsasında onu rədd edə bilsin.



Bu cür dəlil-sübut gətirmək fitrətin oyadılmasında, təfəkkür qüvvəsinin işə düşməsində, insani duyğulara diqqət yetirilməsində ən gözəl təbliğ üslublarından biridir. Həm də bunu çatdırır ki, həqiqi məbud yalnız o kəs ola bilər ki, müvəqqəti, məhdud, çoxsaylı və dəyişən zaman-məkanın təsiri altında olmasın.

AYƏ 77-79:


﴿ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُون. إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ َ ﴾

TƏRCÜMƏ:


77. «Beləliklə, ayı doğan üfüqü yaran halda görəndə dedi: “Bu mənim Rəbbimdir.” Elə ki, (ay) batdı, dedi: “Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.”»28

78. «Elə ki, günəşi çıxan (üfüqlərə) işıq saçan halda gördü, dedi: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” (Günəş) batanda isə dedi: “Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.”»

79. «Həqiqətən, mən səmimi qəlb haqqa meylliliklə üzümü (qəlbimi) göyləri yeri yaradana tutmuşam. mən müşriklərdən deyiləm29

TƏFSİR:


İbrahim (ə) camaatın bütə, günəşə, aya, ulduza ibadət etdiyini gördükdə onları bu yanlış işdən agah etmək qərarına gəldi. Onların bəsirət gözünü açmaq, düzgün təfəkkür və istidlal yolunu göstərməklə pərəstiş etdikləri cansız əşyalardan heç birinin ibadətə layiq olmadığını isbat etmək istədi. Çünki bunların hamısı sonradan vücuda gələn hadis varlıqlardır.

İbrahimin (ə) dediyi «bu mənim Pərvərdigarımdır!» sözü münaqişədə qarşı tərəflə mülayim rəftar edən, özü də onun batil əqidədə olduğuna əmin olan bir şəxsin sözüdür ki, öz dinində təəssübə yol vermədən onun əqidəsindən danışır ki, onu haqqı qəbul etməyə daha yaxşı şəkildə təşviq etsin və batili onun qəlbindən çıxartsın. Nəhayət sonrakı cümlədəki istidlal ilə qarşı tərəfin əqidəsinin puç və batil olmasını isbat etsin.

İbrahim (ə) buyurur ki, mən pərdələrlə örtülən, itib-batan bu məbudlara sitayiş etməyi sevmirəm. Çünki bu sifətlər onun cismi xassələrə malik olduğunu göstərir və hadis olduğunu sübut edir. Əgər Allah məni hidayət etməsəydi, mən də yolunu azanlardan olardım.

O həzrət (ə) sonuncu cümlədə öz qövmünə xəbərdarlıq edərək demək istəyir ki, hər kəs ay, ulduz, eləcə də digər göy cisimləri kimi qürub edənlərə sitayiş edib onu özünə Pərvərdigar və məbud seçsə, şübhəsiz, yolunu azmışdır və onu həqiqətə çatdıracaq heç bir yol yoxdur, yalnız Allahın köməyi sayəsində düz yola hidayət oluna bilər.

İbrahim (ə) «bu (günəş) daha böyükdür!» cümləsini də qarşı tərəflə mülayim rəftar etmək məqsədilə demiş, daha sonra buyurmuşdu: Mənim sizin yaradana şərik qoşduğunuz bu cisimlərdən acığım gəlir! Mən üzümü O kəsə doğru çevirirəm ki, asimanları və yeri yaratmışdır. Bu varlıqlar göstərir ki, onları yaradan, vücuda gətirən məhz Allah olub onları müxtəlif şəraitlərdə idarə edir, yollarını, hərəkətlərini, çıxıb-batmalarını təyin edir. Buna əsasən, mən belə Allaha üz gətirib Onun qarşısında ixlaslı oluram və müşriklərdən də deyiləm.

«Hənif» kəlməsi «--» kökündən alınaraq heç bir əyriliyi olmayan xalislik mənasındadır.

«Fə-tə-rə» həm yaradan, həm də xəlq edən mənasındadır. Onun kökündə «yarmaq» mənası da gizlənmişdir. Bəlkə də bu, müasir dövrdə irəli sürülən elmi nəzəriyyələrə nəzər yetirir. Belə ki, bu nəzəriyyəyə görə kainat ilk əvvəldə vahid kütlə şəklində olmuş, daha sonra parçalanmış və göy cisimləri biri digərindən sonra yaranmışdır.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin